Türkiyədə futbolu “əfəndiləşdirmək” cəhdi

Türkiyə Futbol Federasiyası (TFF) 2011/12-сi illər mövsümünün ikinci yarısından etibarən gözəl oyunu və idmançılığı mükafatlandırmağı məqsəd qoyan “CentilmenLig”i ölkənin bütün peşəkar futbol liqalarına tətbiq etməyə başladı.

TFF'dən verilən şərhə görə, “Centilmenlig”de hər peşəkar liqa üçün ayrı hesablanacaq bal cədvəli olacaq və klubların ikinci dövrənin ilk həftəsindən etibarən aldıqları cəzalar hesablanacaq.

“Süper CentilmenLig”de, SuperLiqanın 18-34-cü turları ilə play-off matçları nəzərə alınacaq. Bu zaman ərzində hər klubun cəmi cəza balı oynadığı matç sayına bölünəcək.

Əldə ediləcək ortalama ballarına görə ən az cəza əmsalına sahib olan klub 2011/2012-ci illər mövsümündə “Süper CentilmenLig” çempionu elan ediləcək və 4 milyon lirə (təxminən 1,7 milyon manat) pul mükafatının sahibi olacaq.

Ikinci yeri tutan klub 2 milyon lirə, üçüncü isə 1 milyon lirə alacaq.

TFF TƏMSİLÇİSİ VƏ MÜŞAHİDƏÇİLƏR BAL VERƏCƏK

Matçlara təyin olunan TFF nümayəndəsi və müşahidəçisi yaxşı oyun, rəqibə və hakimlərə hörmət, klub mənsublarının davranışları, irqçilik və ayrı-seçkilik əleyhdarlığı, azarkeşlərin müsbət davranışı, tribunaların doluluq dərəcələrini nəzərə alaraq, komandalara bal verəcək.

Nümayəndə və müşahidəçinin verəcəyi ballar toplanaraq ikiyə bölünəcək və əldə edilən nəticə, klubların cəza xallarından silinəcək.