Keçid linkləri

2024, 01 Noyabr, Cümə, Bakı vaxtı 20:29

FİFA İsveçrəni sıralarından xaric etməmək qərarını verdi


Beynəlxalq Futbol Assosiyasiyalar Federasiyası (FİFA) İsveçrəni öz üzvləri sırasında xaric etməmək qərarını verdi.

Qurumun Fövqəladə hallar komitəsi hesab edir ki, İsveçrə FİFA`nın bütün tələblərini yerinə yetirib.

FİFA tələb edir ki, İsveçrə federarasiyası “Sion” klubunun Avopa Liqası turnirində qeydiyyatına qoyulan qadağanı yerniə yetirsin.

İsveçrə bundan imtina etsəydi onun FİFA-dakı özvlüyü bu ilin yanvarın 14-dən avtomatik olaraq dayandırılacaq, bütün klublar isə beynəlxalq turnirlərdə iştirakdan məhrum ediləcəkdir.

"Sion" klubu hazırda davam edən Avropa Liqasından Şotlandiyanın “Celtic” klubuyla matçda oynamaq hüququ olmayan futbolçulardan istifadə etdiyinə görə uzaqlaşdırılıb.

İsveçrəlilər iki matçın cəmində 3:1 hesabıyla qalib gəldilər.

Lakin UEFA (Avropa Futbol Assosiyasiyalar Birliyi) “Sion”u qrup mərhələsinə vəsiqədən məhrum etdi və onun yerini “Celtic” aldı.

Bunun cavabında, “Sion” məhkəməyə müraciət edərək qələbə qazanır. UEFA isə işi İdman Arbitrajı məhkəməsinə göndərilməsini tələb edərək orada üstünlük əldə edir.

Üstəgəl, məhkəmə “Sion”a 40 min Isveçrə frankı (təxminən 43,2 min dollar) cərimə də kəsir.
XS
SM
MD
LG