- Yelmar Vəliyevin tapşırığıyla mənim obyektim sökülüb, talan olunub, əmlakım dağıdılıb. Mən gedib mağazalardan nisyə mal alıb qoyub satırdım ki, ordan qalan qəpik-quruşla ailəmi-uşağımı saxlayım. Bizi aparıb içəri saldılar, obyektdə malımızı, əmlakımızı dağıtdılar, hansını deyim mən?
- Ekskavatorla vurdular mağazalarımızı dağıtdılar, bizə heç bir kompensasiya verilmədi, 42 metr sahəsi olan yer verdilər bizə, tikəndən sonar bildik ki, bu yeri də bizə pulla satıblar.
Yevlax şəhərindən olan sahibkarlar rayonun icra hakimiyyəti başçısından şikayət edirlər. Kiçik sahibkar Bəhram Sultanov deyir ki, Yevlaxın girəcəyində sahəsi 700 kvadratmetr olan iaşə obyekti var imiş.
Bu yeri ona 1997-ci ildə Heydər Əliyevə sahibkarlıqla məşğul olmaq istəyi ilə müraciətindən sonra ayırıblarmış. Deməsinə görə, ötən ilin may ayından başlayaraq şəhərin icra başçısı Yelmar Vəliyev ona təzyiqlər etməyə başlayıb:
YELMAR VƏLİYEV OBYEKTİMƏ GƏLƏN SU, QAZ, İŞIQ XƏTLƏRİNİ KƏSDİRDİ
- Sonradan mənə məlum olub ki, Yevlax rayonundan «İpək yolu» keçir, mənə məxsus olan obyekt həmin yolun ərazisinə düşür, mənə kompensasiya verilməlidir. Həmin kompensasiyanı əlimdən almaq üçün 2009-cu ildən məni sahibkar kimi işləməyə qoymayan Yelmar Vəliyev obyektimə gələn su, qaz, işıq xətlərini kəsdirdi.
Sahibkar deyir ki, yuxarılara şikayətlərindən sonra obyektin işığı, qazı, suyu bərpa olunub. Lakin sahibkar ağlına belə gətirməyib ki, icra başçısının növbəti həmləsi daha güclü olacaq:
DEDİLƏR NİYƏ MEHRİBAN ƏLİYEVANIN QƏBULANA GETMİSƏN?
- Mehriban Əliyevanın qəbulunda oldum, rayona qayıdandan sonra iyunun 16-da səhər bələdiyyə sədri, icra başçısının birinci müavini obyektə gəldilər, mənə dedilər ki, sən nəyə görə Mehriban xanımın qəbuluna şikayətə getmisən. Bildirdilər ki, bu gün sənin obyektini sökəcəyik.
Bununla da sahibkara məxsus iaşə obyektinin, özü dediyi kimi, fatihəsi verilib. Əraziyə ağır texnika gətirilib və obyekt sökülüb. Bəhram Sultanov deyir ki, hələ obyekt sökülməmişdən Yevlax şəhər bələdiyyəsi Şəki İqtisad Məhkəməsində iddia qaldırıb ki, həmin obyekt sökülsün, torpaq əvvəlki vəziyyətinə gətirilərək bələdiyyəyə verilsin. Məhkəmə iddianın bir hissəsini təmin edib. Obyektə məxsus bir binanın sökülməsi barədə qərar çıxarıb.
Sahibkarın Heyədr Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət etməsi icra hakimiyyətinin rəhbərliyini necə qıcıqlandırıbsa, rəhbərlik sahibkarın Şəki Apellyasiya Məhkəməsinə etdiyi apellyasiya şikayətinin nəticəsini də gözləmək istəməyib. Üstəlik, məhkəmə obyektə məxsus iki binadan birinin sökülməsinə qərar çıxarsa da, obyektin iki binasının ikisi də yerlə-yeksan edilib.
SAHİBKARIN OĞLANLARI BAŞ VERƏNLƏRƏ ETİRAZLARINI QOL DAMARLARINI KƏSMƏKLƏ BİLDİRİBLƏR
Bundan başqa, məhkəmə qətnaməsində obyektin «İpək yolu» ərazisinə görə düşməsi və bu səbəbdən sökülməsinə zərurət yarandığı və sahibkara kompensasiya ödənilməsi məsələləri əksini tapmayıb. Ekskavatorların qarşısını kəsmək istəyən sahibkar və işçiləri isə polis şöbəsinə aparılıblar. Sahibkarın oğlanları baş verənlərə etirazlarını qol damarlarını kəsməklə bildiriblər.
«Bizim kimiləri Yevlaxda yüzlərlədir, biz tək deyilik, belə təzyiqlərə məruz qalan insanlar çoxdur». Bunu isə Yevlax sakini, kiçik sahibkar Ramin Quliyev deyir. Onun sözlərinə görə, 100 kvadratmetr sahəsi olan mağazasını sökərkən ona deyiblər ki, burda park salınacaq:
GÖZÜMÜZÜN QABAĞINDA OBYEKTLƏRİMİZİ DAĞITDILAR
- Bizim mağazayla yanaşı iki nəfərin də obyekti var idi, bura park salınacaq deyə, bu adla gözümüzün qabağında obyektlərimizi dağıtdılar, tamam qıraq bir yerdən 42 kvadratmetr yer verdilər, tikəndən sonra bildik ki, həmin yeri bizə pulla veriblərmiş.
Sahibkar deyir ki, bu da azmış kimi, yeni tikdiyi mağazanın yerləşdiyi küçənin mağazaya çıxan hissəsini hasarlayıblar. Bununla da mağazaya gəliş-gedişin qarşısı alınıb.
«MƏHKƏMƏNİN QƏRARI VARSA, SÖKÜRÜK»
Yevlax şəhər İcra Hakimiyyəti başçısının köməkçisi Zahid Qarayev sahibkarların ittihamları ilə razılaşmır. Deyir ki, İcra Hakimiyyəti heç kəsin obyektini özbaşına sökmür, məhkəmə qərarı əsasında sökür:
«Məhkəmənin qərarı varsa, sökürük» deyən köməkçi nəyə görə Apellyasiya Məhkəməsinin qərarını gözləmədikləri məsələsini müzakirə etməkdən vaz keçdi.
Tacirlər və İstehsalçılar Birliyinin rəhbəri Sevgim Rəhmanov isə deyir ki, hüququ pozulmuşların bütün yolları gəlib məhkəmədən keçir. O cümlədən sahibkarların da:
KOMPENSASİYA ÖDƏNİLMƏLİDİR
- Onlara mütləq qanun çərçivəsində kompensasiya ödənilməlidir. Nazirlər Kabinetinin qərarı var. Nazirlər Kabineti qərar çıxarır, bir il əvvəldən mülkiyyətçi xəbərdar edilir, bir il müddətində sahibkar, mülkiyyətçi razı salınmalıdır.
Ekspert deyir ki, əmlakları əllərindən çıxan və kompensasiya ala bilməyən sahibkarlar şikayətlərini Avropa Məhkəməsinə qədər aparıb çıxarmalıdırlar:
- Başqa yolumuz yoxdur, tüfəng, avtomat götürüb gələnin üstünə getməli deyillər ki…Mülkiyyətin sahibidirlərsə, bütün məhkəmələri axıra qədər getməlidirlər, Avropa Məhkəməsinə qədər gedib çıxmalıdırlar.