Bu ilin may ayı ərzində Azərbaycanda hasil olunan qızılın həcmi aprel ayı ilə müqayisədə 24.3% azalıb.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, təkcə may ayında Azərbaycanda 153 kq qızıl çıxarılıb.
Bu isə aprel ayı ilə müqayisədə 24.3% və ya 49 kq azdır.
Cari ilin yanvar-may aylarında ölkədə hasil olunan qızılın ümumi həcmi 675 kq təşkil edib.
Qeyd edək ki, Azərbaycanda qızılın hasilatına Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti tərəfindən 2009-cu ilin mayında başlanılıb. /APA/