Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:23

Stefan Şennak: 'Azərbaycanda insan haqları təhlükədədir'


2020-ci ilin fevralında keçirilmiş aksiyalardan birində
2020-ci ilin fevralında keçirilmiş aksiyalardan birində

İctimai fəallar, Facebook-da müxalifət fəalı Tofiq Yaqublunun azadlığa buraxılmasını tələb edən kampaniyaya başlayıblar.

Onlar həmçinin prezident İlham Əliyevin Facebook səhifəsində onun və xanımı Mehriban Əliyevanın fotosunun altında “Tofiq Yaqublunu azad et” çağırışları yazırlar.

Tofiq Yaqublunun azadlığa buraxılması barədə beynəlxalq çağırışlar da var.

“Azərbaycanda insan haqları və demokratiyanın standartları ilə bağlı təhlükə var”.

Bunu AzadlıqRadiosuna müsahibəsində Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi Stefan Schennach AzadlıqRadiosuna müsahibəsində, müxalifət fəalı Tofiq Yaqublunun həbsi barədə danışarkən deyib.

“Dünən həmməruzəçilər durumla bağlı öz narahatlıqlarını ifadə etdilər. Mən onu şəxsən tanıyıram. Azərbaycan siyasi partiyaları ilə müzakirələrdə də onunla görüşmüşük. O, heç xuliqanlıq edəcək birisi deyil. Əgər hakimiyyətin razılaşmadığı fikirlərə maliksənsə və buna görə səni “xuliqan” adlandırırlarsa, bu, demokrastiya üçün yaxşı hal deyil. Mən “xuliqan” sözünü o qədər eşitmişəm ki, inana bilmirəm ki, burada səbəb doğrudan da xuliqanlıqdır”.

Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu dünən, sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsinin qərarı ilə 4 il 3 ay müddətinə xuliqanlıq ittihamı ilə azadlıqdan məhrum edilib.

“Mən doğrudan da bilmirəm ki, seçkidən sonra Azərbaycanda nə baş verir?”

Stefan Schennach deyir ki, son parlament seçkisindən sonra Azərbaycanda insan haqları ilə bağlı durum daha da pisləşib:

“Mən doğrudan da bilmirəm ki, son seçkidən sonra ölkədə nə baş verir. Müxalifətə qarşı güclü hücum var. Artıq Azərbaycana getmək təcili ehtiyaca çevrilib. Mən digər həmməruzəçi ilə danışacağam. Əgər o getməyə hazırdırsa, təyyara olarsa, mən də hazıram. Bir problem də Bakıdan qayıdandan sonra karantində gözləməkdir. Amma biz çox narahatıq. Hazırda Azərbaycanda insan haqları və demokratiya standartları təhlükədədir”.

Stefan Schennach Tofiq Yaqublununhazırda aclıq aksiyası keçirməsindən narahat olduğunu bildirib.

ABŞ -ın Azərbaycandakı səfirliyi də sentyabrın 4-də Tofiq Yaqublunun həbsindən məyusluq ifadə edən bəyanat yayıb.

“Cənab Yaqublu həbs və məhkəmə zamanı ədalətli məhkəmə prosesinin çoxsaylı elementlərindən bəhrələnmək imkanından məhrum olunub. Biz Azərbaycan hökumətini son zamanlar yer alan siyasi həbslər tendensiyasından daşınmağa, cənab Yaqublunun işinə yenidən baxmağa və Azərbaycanın Konstitusiyası ilə təmin olunan əsas söz və toplaşma azadlıqlarına hörmətlə yanaşmağa çağırırıq”.

Azərbaycan hökuməti isə bundan əvvəlki bəyanatlarında dəfələrlə ölkədə siyasi məhbusların olmadığını bildirib. Amma hələlik Tofiq YAqublunun işi ilə bağlı siyasi hakimiyyət təmsilçilərindən hər hansı fikir səslənməyib.

XS
SM
MD
LG