BBC xəbər verir ki, Belarusda saxlanmış müxalifət lideri pasportunu cırmaq və özünü onu aparan avtomobilin pəncərəsindən atmaqla hakimiyyət rəsmilərinin onu Ukraynaya deportasiya etməsinin qarşısını alıb.
Sentyabrın 7-də Maria Kolesnikova naməlum mülki geyimlilər tərəfindən zorla maşına oturdularaq aparılmışdı.
Xanım Kolesnikova avtoritar prezident Alyaksandr Lukashenka-nın istefasını tələb edən üç əsas lider qadından biridir.
Müxalifət avqustun 9-da keçirilmiş seçkinin saxtalaşdırıldığını bildirir.
Əslində seçkinin rəsmi nəticələri elan ediləndən bəri Belarus şəhərlərində Lukashenka-ya qarşı etiraz aksiyaları ara vermir.
Baş tutmayan deportasiya
Kolesnikovanın həmkarı Anton Rodnenkov qaçırılma əməliyyatını şərh edərkən deyib ki, qadını zorla maşının arxa oturacağına salıblar.
O isə qışqırır heç yerə getmək istəmədiyini bildirirdi:
"O maşının pəncərəsinə dırmandı və özünü bayıra ataraq vüqarla Belarus ərazisinə doğru irəlilədi. O əsl qəhrəmandılr. Bunu başa düşmək lazımdır”.
Rodnenkov deyib ki, o və başqa bir həmkarı sentyabrın 7-də oğurlanıblar.
Onları maşınla binaların arasında gəzdirdikdən sonra qollarını bağlayaraq və başlarına kisə keçirərək dindiriblər.
Rodnenkov bildirib ki, sözü gedən şəxslər onları Kolesnikova ilə birlikdə ölkədən çıxmağa məcbur etmək istəyirdilər.
Onun sözlərinə görə Kolesnikova Ukrayna sərhədini keçməkdən imtina edib.
Rodnenkov deyib ki, Kolesnikovanın hazırda harada olmasını bilmir.
Rodnenkovun özü hazırda Kiyevdədir.
Üç lider qadından sonuncusu
Sentyabrın 8-də Belarusun hakimiyyət orqanları iddia edirdi ki, xanım Kolesnikova Ukrayna ərazisinə keçmək istəyərkən saxlanıb.
Svetlana Tikhanovskaya Kolesnikovanın dərhal azad edilməsinə çağırıb.
"Adamları günün-günortasında oğurlamaqla Lukashenka zəifliyini və qorxaqlığını göstərir”.
Daha bir lider qadın - Olga Kovalkova həbs olunmaq təhlükəsi ilə üzləşdikdən sonra ötən həftəsonu Polşaya qaçıb.
Müxalifətin əsas lideri Svetlana Tikhanovskaya iddia edir ki, o seçkidə 60-70 faiz səslə qalib gəlib.
Sentyabrın 8-də Lukashenka deyib ki, Kolesnikova sərhədi keçmək istəyərkən saxlanıb.
Belarus müxalifətinin aparıcı lideri yoxa çıxıb
Sentyabrın 7-də Belarus milisi bildirirdi ki, müxalif Koordinasiya Şurasının üzvü Maria Kolesnikovanın axtarışına başlanıb.
Xanım Kolesnikova sentyabrın 7-də səhər saatlarında yoxa çıxıb.
Onun itməsi ilə bağlı qohumları milisə müraciət ediblər.
Şahidlərin bildirdiyinə görə mülki geyimli və maskalı şəxslər Kolesnikovanı Minskin mərkəzində qamarlayaraq mikroavtobusa oturdublar.
Bu hadisənin ardınca Kolesnikovanın müxalifətçi yoldaşları – Anton Rodnyankov və Ivan Kravtsovla da rabitə kəsilib.
Belarus milisi və İstintaq Komitəsi bildiriblər ki, xanım Kolesnikovanın saxlanması ilə bağlı heç bir məlumata malik deyillər.
Belarus Dövlət Təhlükəsizlik Komitəsi hadisə barədə heç bir şərh verməyib.
Xanım Kolesnikovanın itməsi ilə bağlı London və Berlin narahatlıq bildiriblər.
***
Belarus hakimiyyəti sentyabrın 7-də bildirib ki, bir gün öncə onminlərlə insanın qatıldığı nümayişlərdə 633 nəfər saxlanıb. Etirazçılar Prezident Alyaksandr Lukaşenkanın (Alyaksandr Lukashenka) istefasını tələb edirlər.
Minsk polisi isə müxalifətin koordinasiya qrupunun aparıcı üzvünün saxlanması xəbərlərini təkzib edib. Bir şahid etirazların 30-cu günü Mariya Kalesnikavanın mikroavtobusla harasa aparıldığını deyib.
İzsiz-soraqsız yoxa çıxanlar
26 ildir ölkəni idarə edən Lukaşenka opponentləri ilə danışıqlardan imtina edir. Müxalifət 9 avqust seçkisinin saxtalaşdırıldığını deyərək yeni seçki tələb edir.
Seçki orqanı Lukaşenkanın səslərin 80 faizindən çoxunu, müxalifətin namizədi Svetlana Tixanovskayanın isə 10 faizdən də azını yığdığını açıqlayıb.
Müstəqil rusdilli tut.by xəbər portalı bir şahidə istinadla yazıb ki, Kalesnikava sentyabrın 7-də kobudluqla mikroavtobusa oturdularaq naməlum istiqamətə aparılıb.
“Onu Minsk polisi saxlamayıb”, – Interfax Minsk şəhərinin polis departamentinə istinadla yazıb.
Meduza xəbər saytı isə t.me/kyky_org/4073 yerli vebsaytına istinadla xəbər verir ki, Koordinasiya Şurasının mətbuat katibi Anton Rodnenkov və prezident seçkisinə buraxılmamış bir müxalifətçinin seçki qərargahının üzvü izsiz-soraqsız yoxa çıxıblar.
Polislə toqquşmalar olub
Daxili İşlər Nazirliyi 600-dən çox etirazçının saxlandığını deyir. İnsan haqları fəalları saxlananların sayının bundan az olduğunu bildirirdilər.
Bəzi şəhərlərdə polislə nümayişçilər arasında toqquşmalar yaşanıb.
Müxalifət qrupları həm də siyasi məhbusların buraxılmasına çağırırlar.
AB-nin Xarici siyasət rəhbəri Cosep Borel sentyabrın 6-da “inklüziv milli dialoq”a çağırıb. Onun sözlərinə görə, Belarusda “kütləvi nümayişlər” “Belarus xalqının öz azadlıqları, hüquq və demokratiyaya nail olmaq qətiyyətini nümayiş etdirir”.
6 sentyabr etirazlarından qabaq Lukaşenkanın təhlükəsizlik xidmətləri paytaxtda icazəsiz nümayişdə iştirak edənlərə divan tutulacağı ilə bağlı xəbərdarlıq etmişdilər.
Nümayişçilər “Yaşasın Belarus!”, “Utanın!” şüarları səsləndirib, müxalifətin simvolu sayılan qırmızı-ağ bayraqlar qaldırıblar. Polis onları gözyaşardıcı qazla dağıdıb.
Sentyabrın 5-də isə universitet tələbələri və qadınlar Minskdə ayrı-ayrılıqda iki icazəsiz aksiya təşkil ediblər. Onlarla tələbənin saxlandığı xəbər verilir.
O da avqust ayında qonşu Litvaya keçməyə məcbur edilmişdi: