Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 22:40

Minskdə etiraz marşı: saxlananlar var-Yenilənib


Belarus, aksiya 6 sentyabr 2020
Belarus, aksiya 6 sentyabr 2020

Hüquq müdafiəçiləri Belarusdakı 6 sentyabr aksiyasında 100-dən çox etirazçının saxlandığını bildiriblər.

Bu məlumatları Belarusun "Vesna" hüquq müdafiə təşkilatı yayıb. Hüquq müdafiəçiləri və jurnalistlərin verdikləri məlumatlara görə, ölkənin müxtəlif şəhərlərində də müxalifətçilər saxlanılıb. Tut. by şahidlərə istinadla xəbər verir ki, zorakı saxlanmalar Qrodnoda qeydə alınıb.

Minsk, 6 sentyabr 2020
Minsk, 6 sentyabr 2020

***

Minskdə prezident Lukashenkanın əleyhinə etiraz aksiyası keçirilir. Xəbər verilir ki, şəhərin müxtəlif istiqamətlərindən iri dəstələrlə adamlar paytaxtın mərkəzinə hərəkət etməkdədirlər.

Şahidlərin verdiyi məlumatlara görə, əsasən ağ-qırmızı bayraqlı və ağ lentli insanları tutdular.

Yürüş iştirakçılarının dediyinə görə, təhlükəsizlik qüvvələri mərkəzə gedən avtomobilləri dayandırır:

"Avtomobil ağ rəngdədirsə və üzərində qırmızı lent varsa, onu dayandırırlar."

Minskdə olan jurnalist və şərhçi Franc Viachorka özünün tvitter səhifəsində şəhərin mərkəzində, prezident sarayına yaxın ərazilərdə hərbi texnikanın yerləşdirildiyini göstərən video paylaşıb.
"Prezident sarayının yaxınlığında və Minsk şəhərinin mərkəzində BTR-80 və BMP-2 daxil olmaqla ən az 20 zirehli maşın gördük. Məncə, onların əsas məqsədi etirazçıları qorxutmaqdır. Çünki bu maşınlar silahsız etirazçı kütləsinə qarşı həqiqətən faydasızdır".

Mərkəzi meydana girişin qarşısı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən alınıb.

Oktyabr meydanı, 6 sentyabr 2020
Oktyabr meydanı, 6 sentyabr 2020

Artıq bir neçə etirazçının saxlandığı barədə məlumatlar da var. Aksiya iştirakçılarının sayı barədə dəqiq məlumatlar verilmir, havadan aparılan çəkilişlərə istinadla bu sayın 10 minlərlə olduğu deyilir.

AzadlıqRadiosunun Belarus xidmətinin məlumatına görə, Minskdə yağmurlu hava olmasına baxmayaraq insanlar aksiyaya qoşulmaqda davam edirlər.

Belarusun bölgələrindən gələn xəbərlərdə və yayılan videogörüntülərin bəzilərində etirazçıların zorakılıqla saxlandığı görünür.

Xatırlatma

Belarusda etirazlar avqustun 9-da keçirilən prezident seçkilərindən sonra başlayıb və bu günə qədər davam etməkdədir. Narazılıqlara səsvermənin nəticələrinin namizədliyini 6-cı dəfə irəli sürən indiki prezident Alexandr Lukashenkanın xeyrinə saxtalaşdırlması iddiaları səbəb olub.

Beləki açıqlanan rəsmi rəqəmlərə görə, Lukashenka səslərin 80 faizini qazanmaqla qalib elan edilib. Müxalif namizədlər və səs verən adamlar isə bunun doğru olmadığını iddia edirlər.

Aksiyanın ilk 3 günü güc strukturları etirazçılara qarşı sərt davranıb, minlərlə adam saxlanılıb, zorakılığa məruz qalıb. "OMON"la qarşıdurmada ən azı bir aksiyaçı həlak olub.

Lukashenkanun əsas rəqibi olan namizəd Svetlana Tkhanovskaya ölkəni tərk etməyə məcbur olub. Etirazçılar Lukashenkanun istefasını və yeni seçki keçirilməsini tələb edirlər.

XS
SM
MD
LG