Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 03:44

65 yaşdan yuxarı xəstələrin karantin qayğıları


Arxiv foto
Arxiv foto

Astara rayonun Şiyəkəran kənd sakini Yunus Qulamov pulsuz dərman alanların karantin vaxtı çətinliklərlə üzləşdiklərini deyir.

Onun sözlərinə görə, elə xəstələr arasında 65 yaşdan yuxarı vətəndaşlar da var ki, onlar karantin qaydalarına görə çölə çıxa bilməzlər:

“Şəkər olanlar, onkoloji xəstələr dərmansız keçinə bilmirlər ”

“Problem təkcə bununla bitmir. Astara Rayon Mərkəzi Xəstəxanası karantin elan edilib. Pulsuz dərmanlar indi Kijabə qəsəbə xəstəxanasında verirlər. Yol problemi var. Digər tərəfdən, burda dərman alanların böyük növbəsi yaranıb.Şəkər olanlar, onkoloji xəstələr dərmansız keçinə bilmirlər.”

“İnsanları bir yerə toplayırlar”

Bankomatdan pul çıxarmaq növbəsi, Astara, arxiv foto
Bankomatdan pul çıxarmaq növbəsi, Astara, arxiv foto

Onun fikrincə, karantin müddətində pulsuz dərmanların verilməsi qaydası dəyişdirilməlidir:

“Pensiya almaq üçün bankomatların önündə növbələr yarandığı kimi xəstəxanda da sıxlıqdır. İnsanları bir yerə toplayırlar. Bu da koronavirusun yayılmasına şərait yarada bilər. Virus belə vəziyyətdə tez yayılır. Anam astmadan əziyyət çəkir. Bu dərmanları kəndlərdə yerləşən tibb məntəqələrində, ya da kənd icra nümayəndəliklərində versinlər. Elə bil bu qayda onlara sərf etmir. 1-2 gün dərman verirlər, sonra da deyirlər ki, qurtarıb. Bu dərmanlar xəstəninin adına gəlir. Necə ola bilər ki, dərman qurtarsın?”

“İndi də mərkəzdən 7-8 kilometr aralı olan...”

Şəkər xəstəsi olan Astara şəhər sakini Aqil Ərəbov da dərman ala bilmədiyini deyir:

“İki aydır dərman ala bilmirəm.Keçən ay getdim xəstəxanaya, işıq sönmüşdü. Dərman verən də çıxdı, getdi evinə. O vaxtdan gedə bilməmişəm.Mərkəzi xəstəxana karantin elan edilib. İndi də mərkəzdən 7-8 kilometr aralı olan Kijabə qəsəbə xəstəxanasında dərmanları verirlər. Mənim 65 yaşdan yuxarı yaşım var. Hansı qayda ilə gedim ora, kimə deyim? Dərman verirlər,ora getmək məsələsi var.”

Bakı karantində: Dezinfeksiya və polis yoxlamaları
Gözlə

No media source currently available

0:00 0:01:19 0:00

“Mənim dərmanımı gətirb veriblər”

Şəkər xəstəsi, Astara şəhər sakini Zabir Ağayev isə deyir ki, ona düşən dərmanı ala bilb:

“Başqalarını deyə bilmərəm, Mənim dərmanımı gətirb veriblər. Yol uzaq olmağına uzaqdır. Müvəqəti haldır. Həmişə karantin olmaz ki?”

“ Biz bu məsələyə diqqətlə yanaşırıq”

Astara Mərkəzi Xəstəxanası, 2018
Astara Mərkəzi Xəstəxanası, 2018

Astara Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Oktay Əmənullayev də pulsuz dərmanların verilməsində problemlərin olmadığını bildirir:

“Nəzərdə tutulmuş şəxslərə dərmanlar çatdırılır. Xəstəxanaya gələ bilməyən xəstələr qohumları və kənd icra nümayəndələri vasitəsi ilə dərmanla təmin olnurlar. Problem yoxdur.Narazı olanlar var. Amma biz bu məsələyə diqqətlə yanaşırıq.Kimə dərman yazılıbsa, verilir. İndiyə qədər kiməsə deyilib ki, dərman vermirik? Vətəndaş dərman növbəsinə dayanmaq istəmir, narazılıq edir. Kimdənsə əvvəl ona dərman verilməsini tələb edir. Mərkəzi xəstəxana karantindir, insanlar dərmansız qalmasın deyə, onlara Kijabə qəsbə, Pensər,Əsxənəkəran və Pəlikəş kənd xəstəxanalarında dərmanlar paylayırlar ”

Baş həkimin deməsinə görə, rayonda ümumilikdə 8 minə yaxın adama dövlət pulsuz dərman verir.

Azərbaycan Nazirlər Kabinetinin 2005-ci il martın 7-də verdiyi qərara əsasən hazırlanmış pulsuz dərman reseptləri əsasında dərman preparatlarınn siyahısı müəyənləşdirlir. Bu siyahıya əsasən dövlət 166 adda dərmanı xəstə vətəndaşlara pulsuz verir.

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 150 mindən çox şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda isə indiyə qədər 1340 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 528 nəfəri müalicə olunaraq sağalıb, 15 nəfər vəfat edib,

Martın 14-dən, əksər ölkələr kimi, Azərbaycanda da kütləvi tədbirlər ləğv edilib (Azərbaycanda bir ay ərzində ). Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər dayandırılıb. Sonra martın 24-dən aprelin 20-nə kimi ölkədə xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alıb. Aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Bu qaydaya görə, dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa bilər. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS göndərməlidirlər.

XS
SM
MD
LG