Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 16:19

Ukraynada Milli Birlik Hökuməti yaradılır

Kütləvi qətllərdə təqsirləndirilən keçmiş prezident Viktor Yanukovych axtarışa verilib. Onun Krım yarımadasında gizləndiyi ehtimal olunur.

Kütləvi qətllərdə təqsirləndirilən keçmiş prezident Viktor Yanukovych axtarışa verilib. Onun Krım yarımadasında gizləndiyi ehtimal olunur. Ukrayna keçid dövrünə qədəm qoyur. Fevralın 25-də Avromaydan inqilabında həlak olanların xatirəsi yad edilib


13:34 24.2.2014
Keçmiş prezident Viktor Yanukovych kütləvi qətldə təqsirləndirilir.
Bu barədə daxili işlər naziri Arsen Avakov öz Facebook səhifəsində yazıb. O bildirib ki, dinc sakinlərin ölümü ilə bağlı cinayət işi qaldırılıb. Onun sözlərinə görə, Yanukovych və başqaları baş vermiş hadisələrə görə məsuliyyət daşıyır.
Avakov bildirib ki, axırıncı dəfə Yanukovych Krımda görünüb. Hazırda harda olduğu bilinmir.
Ukraynada baş verən iğtişaşlarda 80-dən çox adam ölüb.
13:30 24.2.2014
Yanukovych Ukraynadan heç yana getməyəcəyini, istefa vermədiyini bildirir

Yanukovych Ukraynadan heç yana getməyəcəyini, istefa vermədiyini bildirir
Gözlə

No media source currently available

0:00 0:00:29 0:00
12:24 24.2.2014

Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri Catherine Ashton Kiyevə ikigünlük səfərə başlayır. O, Ukrayna liderləri ilə görüşəcək. Onlar ölkədəki siyasi böhranı və iqtisadi stabilləşdirməni müzakirə edəcəklər.
Prezident səlahiyyətlərinini müvəqqəti icra edən Oleksandr Turchynov bidirib ki, Ukrayna “Avropa ölkələri çevrəsinə və Avrointeqrasiya kursuna qayıtmalıdır”.
Növbədən kənat president seçkisinin noyabrın 25-də keçiriləcəyi gözlənir.
12:24 24.2.2014

Davamı

XS
SM
MD
LG