Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 17:30

Ermənistan Yaşar Kemal-a medal verəcək


Yaşar Kemal
Yaşar Kemal
-
Ermənistan Mədəniyyət Nazirliyi çağdaş türk ədəbiyyatının ən görkəmli təmsilçilərindən ünlü kürdəsilli yazar Yaşar Kemal-a «Narekalı Grigor» (Krikor Naregatsi) medalı vermək qərarına gəlib.

Türkiyənin «Demokrathaber» saytının yazdığına görə, Yaşar Kemal erməni xalqının mədəni mirasına dərin sayğıya və mədəni cəsarətinə, insan şərəfini qoruduğuna, ədəbiyyata verdiyi töhfələrə görə mükafatlandırılıb.

«Grigor Naregatsi» medalı Yaşar Kemal-a 2013-cü il sentyabrın 4-də İstanbulda təqdim olunacaq.

Təqdimatda Ermənistan Mədəniyyət Nazirliyindən Seyranuhi Geghamyan, Ermənistan Millət Məclisinin üzvü Aragats Akhoyan və Qərb Erməniləri Beynəlxalq Konqresinin təmsilçilərinin iştirak edəcəyi bildirilir.

Yaşar Kamal-ın «Narekalı Grigor» medalına layiq görülməsinin təşəbbüsçüsü Qərb Erməniləri Beynəlxalq Konqresidir.

Xəbərdə vurğulanır ki, 1951-ci ildə Ahtamar Kilsəsinin uçurulmasına dair rəsmi dairələrin layihəsi Yaşar Kemal-ın səyləri hesabına gerçəkləşdirilməyib (news.am).

Əsərləri dünya xalqlarının 29 dilinə çevrilən və Azərbaycan oxucusunun daha çox «İncə Məmməd» romanından tanıdığı Yaşar Kemal 1923-cü ildə doğulub. Solçudur.

90 yaşlı ünlü romançı, Nobel mükafatı istisna edilməklə, dünyanın ən nüfuzlu ədəbiyyat mükafatlarını qazanıb.
XS
SM
MD
LG