Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 21:35

Şah İsmayıl Milli Dram Teatrı «işğal edəcək»


Şah İsmayıl
Şah İsmayıl
-

Mayın 22-də Azərbaycan Dövlət Milli Dram Teatrında Kamal Abdullanın «Şah İsmayıl, yaxud hamı səni sevənlər burdadı...» adlı pyesinin ilk tamaşası olacaq.

Xəbəri AzadlıqRadiosunun «İz» proqramına yazıçının özü verib və eyniadlı pyesin dram teatrı üçün yenidən işləndiyini də bildirib.

Tamaşanın rejissoru Mikayıl Mikayılov, rəssamı Mustafa Mustafayevdir.

Pyes yazıçının «Yarımçıq əlyazma» romanında əksini tapan bir motiv əsasında yazılıb.

Xatırladaq ki, illər öncə rejissor Hüseynağa Atakişiyev də bu pyesi tamaşaya qoymuşdu.

Şah və şair mövzusu, bunların bir-birinə münasibəti, müasir dünyagörüşündə əksi tamaşanın əsas qayəsini təşkil edir.
XS
SM
MD
LG