Sabunçunun küçələrini və bəzi evləri su basıb
Bakının Sabunçu rayonunun Əfəndiyev küçəsində evləri su basıb. Ərazidə yaşayan sakinlər AzadlıqRadiosuna bildiriblər ki, iki gündür yağan yağışlar həyətlərə, evlərə dolub. Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında bildirilir ki, təxminən 50-yə qədər fərdi yaşayış evi və həyətyanı sahə subasmaya məruz qalıb, 70-ə yaxın sakin xilas olunub. Nazirlik onu da bildirir ki, ərazidə xilasetmə işləri davam etdirilir, yaranmış vəziyyətin nəticələrinin aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.
Arxiv
-
Oktyabr 23, 2024
Bakıda sitrus meyvələri bahalaşıb, istehsalçılar isə şikayətçidirlər
-
Oktyabr 21, 2024
Tovuz sakini: 'Azərbaycanın öz minasına düşmüşəm'
-
Oktyabr 18, 2024
Müstəqillik Aktının müəlliflərindən biri danışır
-
Oktyabr 14, 2024
Bakıda artan cərimələrlə bağlı sorğu: 'Bir az da qalxmalıdır'