Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 21:28

16 yaşlı Emin Eminzadə beynəlxalq müsabiqənin qalibi oldu (Video)


Emin Eminzadə
Emin Eminzadə
-
Aprelin 11-dən 15-dək Qazaxıstanın Kustanay şəhərində keçirilən «Qızıl mikrofon» Beynəlxalq Vokal Müsabiqəsinin qalibi bakılı Emin Eminzadə olub.

Xəbəri AzadlıqRadiosuna qalibin özü verib.

Emin Bakıdakı G.Şaroyev adına 35 saylı onbirillik Musiqi məktəbinin şagirdidir.

O, müsabiqədə Müslüm Maqomayevin «Azərbaycan» və Consuelo Velázquez-in dünyaşöhrətli «Bessame muço» mahnısını ifa edib.

Emin Eminzadə artıq üçüncü dəfədir beynəlxalq müsabiqələr laureatı olur.

Gənc vokalçı 14 yaşında İtaliyada (2011), 15 yaşında İspaniyada (2012) keçirilən beynəlxalq müsabiqələrin laureatı adını qazanıb.

Emin Eminzadə barədə daha ətraflı məlumatı, onun ifasını AzadlıqRadiosunun «İz» proqramından eşidə bilərsiniz.

Emin bu həftə proqramımızın qonağı olacaq.
XS
SM
MD
LG