Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 11:35

Natiq Rəsulzadə «Seçilmiş əsərləri»ni təqdim etdi


Natiq Rəsulzadə
Natiq Rəsulzadə
-
«Nə yaxşı ki, Azərbaycan var. Nə yaxşı ki, Azərbaycan ədəbiyyatı və nə yaxşı ki, onun Natiq Rəsulzadə kimi yazıçısı var...».

Bu sözləri «Rus kitab evi»ndə yazıçı Natiq Rəsulzadənin yenicə çapdan çıxmış «Seçilmiş əsərləri»nin təqdimat mərasimində Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin söyləyib.

Xəbəri Mədəniyyət və Turizm İdarəsinin baku-art.az saytı yayıb.

Tədbirdə çıxış edən Vladimir Doroxin N.Rəsulzadəni «Azərbaycanın Kafkası» adlandırıb.

«Avrasiya Tədqiqatlar İnstitutu» İnkişaf Fondunun Azərbaycan filialı və «Novosti-Azərbaycan» informasiya agentliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Milli Məclisin deputatları, Azərbaycandakı rus icmasının, respublikanın mədəniyyət, incəsənət sahəsinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Sonda N.Rəsulzadə təqdimat iştirakçılarına təşəkkür edib və onların aldığı kitabları imzalayıb.
XS
SM
MD
LG