Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 11:31

"Kremli partladacam". Napoleonun məktubu 150 min avroya satıldı


Napoleonun hərracda satılan şifrəli məktubu
Napoleonun hərracda satılan şifrəli məktubu
-

Fransız hökmdarı və sərkərdəsi Napoleon Bonapartın şifrəli məktubu Parisdəki hərracda 150 min avroya satılıb.

"Ayın 22-də gecə saat 3-də Kremli partladacam" - deyə Napoleon məktubun əvvəlində yazır.

Məktub o zaman Vilnüsdə olan Fransanın xarici işlər naziri Hugues-Bernard Maret-ə göndərilib.

Məktubu şifrəsi açılmış tekstlə birlikdə Parisin Məktublar və Əlyazmalar Muzeyi alıb - proqnoşlaşdırılan satış qiymətindən təxminən 10 dəfə baha.

1812-ci ilin sentyabrında Borodino döyüşündən sonra rus qoşunları geri çəkilmiş və Napoleon Moskvaya daxil olmuşdu.

Amma soyuqların düşdüyü bir vaxtda yandırılmış şəhərə girən Napoleonun qoşunu aclıqdan, xəstəlikdən əziyyət çəkir və çox keçmir ki, fransız qoşunu vətənə dönəsi olur.

Napoleon Moskvanı partlatmaq vədinə əməl edir. Şəhərdən çıxmamış Kremlin divarlarını və qüllələrini dağıdır.

Amma Rusiyaya hücumdan sonra onun karyerası qüruba doğru getməyə başlayır, cəmi iki ildən sonra o vətənində taxtdan salınıb sürgünə göndərilir.

bbc-yə istinadla oxuzali.az
XS
SM
MD
LG