Keçid linkləri

2024, 26 Oktyabr, şənbə, Bakı vaxtı 11:26

“Zaza dayi” səhnəni və ekranı tərk edir


Ali Sürmeli
Ali Sürmeli
”Kurtlar vadisi. Pusu” serialından Azərbaycan teleseyrçilərinin də tanıdığı ünlü teatr sənətçisi Ali Sürmeli ilin sonunda səhnədən həmişəlik ayrılacağını açıqlayıb.

Türkiyənin “Habertürk” qəzetinin yaydığı xəbərə görə, ünlü aktyor gərgin yaradıcılıq işlərinin, özəlliklə seriallarda çəkilməsinin onun fiziki imkanlarını tükətdiyini bildirib.

Bu məşhur sənətçinin yaratdığı parlaq obrazlar Türkiyəli teatrsevərlərinin yaddaşına hopub.
Tanınmış türk sənətşünaslarının fikrincə, Ali Sürmelinin son dönəmlər “Antigone” (“Antiqona”) tamaşasında canlandırdığı rol qocaman aktyorun daha bir sənət möcüzəsi sayıla bilər.

Ünlü sənətçinin yaratdığı ekran obrazları onun çəkildiyi “Kurt Kanunu” (“Canavar qanunu”) və “Kurtlar Vadisi” (“Canavarlar vadisi”) seriallarının yüksək reytinqlə izlənməsində önəmli rol oynayıb.

“Bu il pensiyaya çıxacaq və Asosda yaşayıb bütün bu həngamələrdən canımı qurtaracağam” – deyən Ali Sürmeli səhnəni tərk etməkdə qərarlı olduğunu bildirib.
XS
SM
MD
LG