Keçid linkləri

2024, 26 Oktyabr, şənbə, Bakı vaxtı 23:26

Kann kinofestivalının baş münsifi solçudur


Giovanni "Nanni" Moretti
Giovanni "Nanni" Moretti
Mayın 16-17-də düzənlənəcək 65-ci Kann film festivalının münsiflər heyətinin sədri artıq məlumdur.

Bu, italyan aktyoru, rejissoru və prodüseri Giovanni "Nanni" Moretti-dir.

Moretti 2001-ci ildə “Oğul otağı”( The Son’s Room") filminə görə Kann festivalının baş mükafatını - “Qızıl palma” mükafatını qazanıb.

Təşkilatçılar Morettinin filmlərini “son 30 ildə kinodakı ən yaxşıların toplandığı filmlər” kimi qiymətləndirib.

O, müxtəlif vaxtlarda Berlin, Venesiya, Çikaqo kinofestivallarında da mükafatlandırılıb.

Xatırladaq ki, Nanni Moretti 1953-cü ildə İtaliyada doğulub. 1976-cı ildən film çəkməyə başlayıb.

11 filmdə aktyor, rejissor və prodüsser kimi özünü sınayıb.

O keçən ilki Kann festivalında da"Habemus Papam" filmi ilə iştirak etmişdi.

Ötən il Kann festivalında münsiflər heyətinin sədri Hollivud ulduzu Robert De Niro olub.

Moretti bəzi aktyorların xidmətindən öz filmlərində tez-tez istifadə edir. Elə aktyor var ki, ona 6 filmində rol verib.

Moretti solçudur və son illərdə qalmaqallı baş nazir Silvio Berluskoniyə qarşı (ötən ilin sonu istefa verib) ictimai kampaniyalar vasitəsilə mübarizə aparıb.

Hətta 2006-cı ildə "Kayman" (timsah növüdür) adlı film də çəkib və orada həm də Berluskoninin əcaib hərəkətləri qabardılır. (Berluskoni rolunu da özü oynayıb).

Film 2006-cı ilin seçkiləri ərəfəsində yayınlanıb. Berluskoni həmin seçkini uduzmuşdu...
XS
SM
MD
LG