Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 01:22

Kitabxanalarda insan haqları haqda kitabların sayı artırılacaq


Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytının yaydığı xəbərə görə, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti 2011-ci il dekabrın 27-də Sərəncam imzalayıb.

Ölkədə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının 4.15 bəndində kitabxanalarda insan hüquqları ilə bağlı bölmələrin inkişaf etdirilməsinə dair tapşırıqlar verilib.

Sözügedən Milli Fəaliyyət Proqramının icrası məqsədi ilə şəhər, rayon mərkəzi kitabxanalarında yaradılmış hüquqi-informasiya mərkəzlərinin fəaliyyəti gücləndirilməli, mərkəzlər mütəmadi olaraq yeni nəşrlərlə zənginləşdirilməli və insan hüquqlarının aktual problemlərinə həsr olunmuş tədbirlər keçirilməlidir.

Və görülən tədbirlər barədə Nazirliyin Kitabxana sektoru daim məlumatlanmalıdır.
XS
SM
MD
LG