Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 16:13

Avropa Birliyi də seçkiyə qiymətini verdi


Ketrin Eşton
Ketrin Eşton
Avropa Birliyi Azərbaycanda noyabrın 7-də Azərbaycanda keçirilən parlament seçkilərinə öz münasibətini bildirib.

Qurumun Xarici Siyasət İdarəsinin rəhbəri Ketrin Eştonun bəyanatında beynəlxalq müşahidəçilərin nəticələrinə istinad edilərək, Azərbaycanda parlament seçkilərinin sülh mühitində keçdiyi və bütün müxalifət partiyalarının siyasi proseslərdə iştirak etdiyi qeyd edilib.

Bununla belə əlavə bildirilir ki, 7 noyabr seçkiləri demokratiyanın inkişafında mənalı tərəqqi yaratmayıb.

Ketrin Eşton Azərbaycan hökumətini bu və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun qeyd etdiyi çatışmazlıqları, demokratiya prinsipləri və insan haqları sahəsində götürdüyü beynəlxalq öhdəliklərin yerinə yetirilməsi üçün səylərini artırmağa çağırırır.

Sonda qeyd olunur ki, Azərbaycan Avropa Birliyinin mühüm tərəfdaşıdır və qurum bundan sonra da Şərq Tərəfdaşlığı çərçivəsində siyasi islahatların yerinə yetirilməsinə dəstək verməyə hazırdır.

MÖVZUNU BURADA ŞƏRH EDİN
XS
SM
MD
LG