Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 07:28

Aleksandr Düma haqqında film qaradərililəri hiddətləndirdi


Dahi fransız yazıçısı Aleksandr Düma haqqında Fransada çəkilən film qalmaqal yaradıb.

Bəzi qaradərili aktyor və ictimai fəallar filmi çəkənləri irqçilikdə ittiham ediblər. (The Times)

Məsələ burasındadır ki, Fransanın ən çox oxunan yazıçısı sayılan Dümanın babası qaradərili qul olub.

Yazıçının özü də qaraşın olub.

Amma Düma rolunu məşhur fransız aktyoru – ağdərili aktyor - sarışın, göygöz Jerar Depardye ifa edir.

Dümanını babası

ƏSLƏN AFRİKADAN OLAN HAİTİLİ QUL OLUB

Yazıçının atası isə Napoleon dövrünün generalı olub və onu “Karib zəncisi” adlandırıblar.

Sağlığında düşmənləri həmişə dərisinin rəngini Dümanın “başına taqqıldadıblar”. Elə yazıçı da özünə “zənci” deyib.

Jerar Depardye
Bu günlərdə ekranlara çıxan film Dümayla onun köməkçisi, “Üç muşketyor”, “Qraf Monte Kristo” kimi məşhur romanları yazmaqda Dümaya kömək etmiş Ogüst Make arasında gərgin münasibətlərdən bəhs edir.

Tənqidçilər deyir ki, filmi yaradanlar nədənsə Dümanın irqi barədə susmağa üstünlük veriblər, bununla da “Fransanın etnik müxtəlifliyini təsvir etmək imkanını qaçırıblar”.

“Bunun adı - susmaq yoluyla diskriminasiya mexanizmidir” – deyə qaradərili aktyor Jacques Martial deyib.

BARAK OBAMA YADA DÜŞDÜ

Fransanın Qaradərililər Assosiasiyaları Şurasının prezidenti Patrick Lozes deyib:

“150 ildən sonra Amerika prezidenti Barak Obamanın rolunu parik geymiş ağ dərili aktyor oynaya bilərmi? Martin Lüter Kinq rolu ağdərili aktyor tərəfindən ifa edilə bilərmi?”

Qaradərililəri qəzəbləndirən həm də odur ki, filmdə Düma daha çox mənfi planda verilir, onun məşhur əsərlərinin əsas yaradıcısı kimi ağdərili köməkçisi Make göstərilir.

Filmin yaradıcıları isə deyirlər ki, Depardye Düma rolu üçün ideal seçimdir.

Çünki Depardye Düma qəhrəmanlarının bir çoxunu oynayıb. Bundan başqa o da Fransada Düma qədər məşhur bir şəxsiyyətdir.

“Depardye şəxsiyyətinin parlaqlığı Dümanı çox gözəl təcəssüm etdirir. Bizim filmin işıq tutduğu problem qaradərililərə münasibət deyil, ədəbiyyatda başqalarının kölə kimi işlədilməsidir”.

Filmin rejissoru, özü də qarışıq irqli olan Safy Nebbou qeyd edib ki, Dümanı ancaq “dörddə bir” qaradərili saymaq olar. Buna görə də onun rolunu qara və ağ irq nümayəndələrinin izdivacından dünyaya gələn bir şəxsə həvalə etmək tarixi səhv olardı…

“Dümanın da Depardye kimi mavi gözləri olub” – deyə o bildirib.

Amma 41 yaşlı rejissor etiraf edib ki, “Fransa başqa etnik kökənli aktyorlardan yararlanmaq məsələsində ingilisdilli ölkələrdən xeyli geridə qalıb”.

Həmçinin Ədəbiyyat səhifəmizdə oxu

Aleksandr Dümaya işləyən yazıçılar...
XS
SM
MD
LG