Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 00:16

ABŞ Dövlət Departamentinin təmsilçisi Bakıdadır


Tina Kaydanau
Tina Kaydanau
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin köməkçisi Tina Kaydanau Azərbaycana səfərə gəlib. Dövlət Departamenti nümayəndəsi Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə, həmçinin vətəndaş cəmiyyəti və biznes qurumlarının nümayəndələri ilə görüşləri planlaşdırılır.

Görüşlərdə ABŞ-Azərbaycan münasibətləri müzakirə olunacaq.

Tina Kaydanaunun Azərbaycana səfəri oktyabrın 24-nə kimi davam edəcək. Bu, onun yeni vəzifədə Azərbaycana ilk səfəridir. Avqust ayında ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin köməkçisi təyin olunan Kaydanau bu postda Metyu Brayzanı əvəzləyib.
XS
SM
MD
LG