Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 02:22

Heydər Əliyev adına zanbaq


İlham Əliyevə Hollandiyadan gətirilmiş zambaq buketləri təqdim olunub
İlham Əliyevə Hollandiyadan gətirilmiş zambaq buketləri təqdim olunub
Gül bayramında dünyanın 81 ölkəsindən gətirilmiş 1,5 milyondan çox müxtəlif güllərdən istifadə olunub

Mayın 10-da keçmiş prezident Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü ilə əlaqədar Bakıda gül bayramı keçirilib.

AzərTAc xəbər verir ki, mərasimə xanımı Mehriban Əliyeva və qızları ilə birgə qatılan prezident İlham Əliyevə Hollandiyadan gətirilmiş zanbaq buketləri təqdim olunub:

«Qızılı-bənövşəyi rəngli bu güllər Hollandiya Zambaqlarının Kultivasiyası üzrə Kral Assosiasiyası tərəfindən dünyada ilk dəfə olaraq ümummilli lider Heydər Əliyevin adına yetişdirilib. Sertifikatın iki nüsxəsi prezident İlham Əliyevə təqdim olundu. Sertifikatlardan daha biri Zanbaqların Kultivasiyası Beynəlxalq Reyestr Təşkilatına, digəri isə Hollandiya Zanbaqlarının Kultivasiyası üzrə Kral Assosiasiyasına təqdim edilib. Dövlətimizin başçısı yeni uğurlu növ yetişdirilməsi münasibətilə Assosiasiyanın nümayəndələrini təbrik edərək, onlara müvəffəqiyyətlər arzuladı».
XS
SM
MD
LG