Dağlıq Qarabağdakı separatçı rejim noyabrın 9-da daha 44 əsgərin ölümü haqda məlumat açıqlayıb. Beləliklə də, sentyabrın 27-də Azərbaycan-Ermənistan təmas xəttində əməliyyatlar başlanandan qarşı tərəfin hərbçi itkisi 1221 nəfərə çatıb.
İlham Əliyev: 'Onlar vaxt itirirlər'
Prezident İlham Əliyev deyir ki, Azərbaycan qüvvələri Dağlıq Qarabağ münaqişəsini udur və Ermənistanın "kompromis imkanları daralır". Prezident bunları BBC televiziyasına müsahibəsində deyib.
Prezident həmçinin, Ermənistanın Baş naziri Nikol Paşinyanla sülh əldə etməyin mümkün olmadığını bəyan edib.
"Azərbaycan ordusu 23 kəndi işğaldan azad edib"
Prezident İlham Əliyev bu gün, noyabrın 9-da Azərbaycan ordusunun 23 kəndi də işğaldan azad etdiyini açıqlayıb.
Bu barədə o, özünün Twitter hesabında yazıb: "Müzəffər Azərbaycan Ordusu Füzulinin Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Xocalının Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Xocavəndin Susanlıq, Domi, Tuğ, Akaku, Azıx, Cəbrayılın Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qubadlının Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Zəngilanın Keçikli, Ördəkli kəndlərini işğaldan azad etmişdir...".