Prezident :Azərbaycan ordusu daha 16 kəndi işğaldan azad edib
Azərbaycan prezidenti İlham Əliyevin Azərbaycanın işğal altında olan 16 kəndinin də azad edildiyini açıqlayıb.
Bu barədə prezident, İlham Əliyev özünün rəsmi “Twitter” hesabında bildirib.
Müzəffər Azərbaycan Ordusu Füzulinin Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar, Cəbrayılın Yuxarı Məzrə, Yanarhac, Qubadlının Qəzyan, Balasoltanlı, Mərdanlı, Zəngilanın Beşdəli, Xocalının Qarabulaq, Moşxmaat, Xocavəndin Ataqut, Tsakuri kəndlərini işğaldan azad etmişdir…”
AMN:“Tərtər, Ağdam və Ağcabədinin kəndləri atşə tutulur”
Ermənistan silahlı qüvvələrinin Tərtər, Ağdam və Ağcabədi rayonlarının kəndlərini artilleriya atəşinə tutduğu bildirilir.
Azərbaycan Müdafiə Nazirliyinin (AMN) bununla bağlı noyabrın 7-i, saat 13: 50 radələrində yaydığı məlumata görə, buna qarşı cavab tədbirləri görülür.
“Bərdəyə mərmi düşüb, yeniyetmə həlak olub”
Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətinin məlumatına görə, bu gün, noyabrın 7-də Ermənistan silahlı birləşmələri Bərdə rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutub.
“ Saat 16 radələrində Bərdə rayonu, Yeni Əyricə kəndində fərdi yaşayış evinə mərmi düşməsi nəticəsində 2004-cü il təvəllüdlü Rəhimov Şahmalı Ətraf oğlu həlak olub, yaşayış evinə isə ciddi ziyan dəyib.”, məlumatda qeyd edilib.
Azərbaycanın rəsmi qurumları bildirirlər ki, Ermənistan silahlı qüvvələri bundan əvvəl, oktyabrın 27-i və 28-də Bardə rayonuna raket zərbələri endirmişdi. Nəticədə onda da üst-üstə ümumilikdə 25 civarında mülki insanın həlak olduğu 80-dən çoxunun isə yaralandığı bildirilirdi.
Tərtərdə də 1 mülki şəxsin xəsarət aldığı bildirilir
Ermənistanın silahlı qüvvələrinin açdığı atş nəticəsində bu gün, noyabrın 7-də Tərtər rayonunda da bir mülki şəxsin xəsarət aldığı açıqlanıb.
Baş Prokurorluqdan verilən məlumata görə, noyabrın 7-də Tərtər rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.
“... Saat 17 radələrində Tərtər rayonu, Əski Para kəndində fərdi yaşayış evinin yaxınlığına mərmi düşməsi nəticəsində 1962-ci il təvəllüdlü Osmanov Nüsrət Qurban oğlu xəsarət alıb.”, məlumatda yazılıb.