Keçid linkləri

2024, 02 Noyabr, şənbə, Bakı vaxtı 18:41
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

10:09 29.10.2020

Goranboy rayonunun atəşə tutulduğu bildirilir

"Ermənistan silahlı qüvvələri oktyabrın 29-da saat 09.25 radələrində Goranboy rayonunun ərazisini artilleriya atəşinə tutub".

Bu məlumatı AMN oktyabrın 29-u saat 9:40 radələrində açıqlayıb.

10:29 29.10.2020

"Dağlıq Qarabağ münaqişəsi nəzarətdən çıxa bilər"

Beynəlxalq Qırmızı Xaç Komitəsi cəbhə xəttinin hər iki tərəfindən şəhər yerlərinə atəş açıldığına şahid olduğunu bildirir. Qurumun məlumatına görə, Azərbaycan Qırmızı Xaç Cəmiyyətindən bir könüllü atışmada öldürülüb, ikisi isə yaralanıb.

"Son baş verənlər Dağlıq Qarabağ münaqişəsinin nəzarətdən çıxa biləcəyini göstərir. Mülki şəxslərin ölüm halları narahatedici dərəcədə artır", – qurumun Avrasiya üzrə regional direktoru Martin Şüepp deyib.

11:43 29.10.2020

Həlak olan erməni hərbçilərin sayı açıqlanıb

Dağlıq Qarabağdakı separatçı rejimin oktyabrın 29-da bildirməsinə görə, ölən hərbçilərin sayı 1119 nəfərə çatıb.

Məlumatda Dağlıq Qarabağdakı mülki yaşayış məntəqələrinin Azərbaycan qüvvələri tərəfindən atəşə tutulduğu iddia olunur.

Azərbaycan isə heç vaxt mülki hədəflərə atəş açmadığını, yalnız legitim hərbi hədəfləri vurduğunu bildirir.

12:18 29.10.2020

Baydendən daha bir Qarabağ çağırışı

ABŞ-da prezidentliyə Demokrat Partiyasından namizəd Co Bayden Dağlıq Qarabağ münaqişəsi ilə bağlı daha bir bəyanat yayıb. Bəyanatda deyilir ki, Dövlət katibi Mayk Pompeonun oktyabrın 25-də elan etdiyi atəşkəsdən sonra "Dağlıq Qarabağ xalqı üçün irimiqyaslı humanitar fəlakət başlanıb". Bayden prezident Donald Trampı Ermənistan, Azərbaycan və Türkiyə liderləri ilə birbaşa danışmaqla de-eskalasiyaya dərhal nail olmağa, Azərbaycan hərbçilərinin Dağlıq Qarabağa doğru irəliləməsini dayandırmağa çağırıb.

Bayden Tramp administrasiyasını Azərbaycana hərbi avadanlıq axınını dayandırmaq üçün Azadlığa Dəstək Aktına 907-ci əlavəni tam yerinə yetirməyə, Türkiyə və Rusiyanın silah təchizatı ilə münaqişəni qızışdırmasını dayandırması üçün onlara müraciət etməyə səsləyir.

"Birləşmiş Ştatlar döyüşləri dayandırmaq üçün avropalı tərəfdaşları ilə birlikdə diplomatik cəhdlərə liderlik etməli, əziyyətləri bitirməkdən ötrü beynəlxalq humanitar yardım təşəbbüsü irəli sürməlidir; mən administrasiyam dövründə məhz belə edəcəyəm", – Bayden vurğulayıb.

Davamı

XS
SM
MD
LG