Keçid linkləri

2024, 02 Noyabr, şənbə, Bakı vaxtı 20:34
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

12:21 29.10.2020

Diplomatlar Bərdəyə gedib

Bu gün, oktyabrın 29-da Azərbaycandakı diplomatik korpusun nümayəndələri Bərdəyə səfər edib.

Onları Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Baş prokuror Kamran Əliyev müşayiət edir.

Diplomatlar Bərdə rayonunda oktyabrın 27-i və 28-də raket atılan ərazilərə baş çəkməlidirlər. Bu raket zərbələrindən Bərdə rayonunda üst-üstə 25 mülki insanın həlak olduğu, 80 nəfərdən çoxunun isə yaralandığı bildirilir.

Azərbaycanın rəsmi qurumları bildirir ki, raketləri Ermənistan silahlı qüvvələrinin bölmələri atıb. Ermənistan tərəfi isə bunu təsdiqləmir.

Bərdə rayonu cəbhə xəttindən bir qədər kənarda yerləşir.

12:38 29.10.2020

Bərdə və Goranboy rayonları atəşə tutulub

"Bərdə və Goranboy rayonlarının ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub".

Bu məlumatı Azərbaycan Müdafiə Nazirliyi oktyabrın 29-u, saat 12:25 radələrində yayıb.

13:30 29.10.2020

Bakı görüş vaxtının dəyişdirilməsini təklif edib

Azərbaycan bu ölkənin xarici işlər naziri Ceyhun Bayramovun oktyabrın 29-na ATƏT-in Minsk qrupu həmsədrləri ilə nəzərdə tutulan görüşünün oktyabrın 30-na keçirilməsini təklif edib.

"Turan" agentliyinin xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.

"Biz indi həmsədrlər tərəfindən bunun təsdiqini gözləyirik", - deyə L.Abdullayeva qeyd edib.

Bu formatda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin gözlənilən görüşünə gəlincə isə, mətbuat xidmətinin rəhbəri deyib ki, belə görüş heç əvvəldən nəzərdə tutulmurdu. "Cenevrədə ancaq ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüş nəzərdə tutulurdu", - L.Abdullayeva söyləyib.

13:50 29.10.2020

90 mülki şəxs həlak olub, 392 nəfər...

Azərbaycan Baş Prokurorluğu bu gün, oktyabrın29-da cəbhədə mülkü əhalinin itkiləri ilə bağlı növbəti açıqlama yayıb.

Mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 27-dən (cəbhədə döyüşlər başlanandan) hazırkı vaxtadək Ermənistan ordusunun yaşayış məntəqələrini atəşə tutması nəticəsində Azərbaycan tərəfdən 90 mülki şəxs həlak olub, 392 nəfər yaralanıb: "Bundan başqa, 423 mülki obyekt, 92 çoxmənzilli yaşayış binası və 2406 yaşayış evi yararsız vəziyyətə düşüb".

Davamı

XS
SM
MD
LG