"Goranboy və Tərtər rayonları atəşə tutulur"
Oktyabrın 20-də saat 17:00 radələrindən Ermənistan ordusunun Goranboy və Tərtər rayonlarının ərazisini raket-artilleriya atəşinə tutuğu bildirilir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (AMN) məlumat yayıb.
Cəbhədə oktyabrın 21-ə olan son vəziyyət
"Oktyabrın 20-i gün ərzində və 21-ə keçən gecə cəbhənin Ağdərə, Füzuli- Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib".
Bu məlumatı da AMN yuxarıdakı məlumatdan təqribən 10 dəqiqə öncə paylaşmışdı.
Məlumatda qeyd edilirdi ki, qarşı tərəf Azərbaycanın müdafiə mövqelərini atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub. Azərbaycan ordusunun keçirdiyi əməliyyat nəticəsində cəbhənin Cəbrayıl və Qubadlı istiqamətlərində qarşı tərəfin geri çəkildiyi vurğulanıb.
Tərtər rayonu atəşə tutulur
Oktyabrın 21-i, səhər saatlından başlayaraq Ermənistan silahlı qüvvələrinin Tərtər şəhəri və bu rayonun ərazisini artilleriya qurğularından atəşə tutduğu bildirilir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi oktyabrın 21-i, saat 9:03 radələrində məlumat yayıb.