Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 05:22
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

17:40 19.10.2020

Prezidentin köməkçisi mülki təyyarələrlə silahların daşınmasından danışıb

"Bizim məqsədimiz yalnız Azərbaycanın ərazi bütövlüyünü bərpa etməkdir...".

AZƏRTAC-ın xəbərinə görə, bunu oktyabrın 19-da ADA Universitetində diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib.

Prezidentin köməkçisi qeyd edib ki, bu münaqişə gələcək nəsillərə saxlanmamalıdır. O, əlavə edib ki, Ermənistan öz diasporunun köməyi ilə "qara bazar"dan silahlar alaraq mülki təyyarələr vasitəsilə daşıyır.

"Həmin silahlardan Azərbaycanın mülki əhalisinə qarşı istifadə edir. Ermənistana mülki təyyarələr vasitəsilə silahların daşınması beynəlxalq qanunların, o cümlədən beynəlxalq mülki aviasiya qaydalarının kobud şəkildə pozulmasıdır. Beynəlxalq təşkilatlar Ermənistanın pozucu hərəkətlərinin qarşısını almalıdır", - o vurğulayıb.

17:44 19.10.2020
Tərtərin Həsənqaya kəndi mərmi atəşləri altında
Gözlə

No media source currently available

0:00 0:01:23 0:00

17:44 19.10.2020

Ağdamda 4 nəfər xəsarət alıb

Ağdam rayonunda dörd nəfərin xəsarət aldığı bildirilir.

Bu barədə Azərbaycan Baş Prokurorluğunun məlumatında bildirilir.

Məlumatda yazılıb ki, oktyabrın 19-u saat 15 radələrində rayonun Bənövşələr qəsəbəsinə top mərmisi düşüb: "1955-ci il təvəllüdlü Quliyeva Şamama İsa qızı və 1976-cı il təvəllüdlü Quliyeva Maya Məmməd qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər".

Həmçinin, həmin vaxt Bənövşələr qəsəbəsində olan "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin (AzTV) cəbhəboyu zonaya ezam olunmuş əməkdaşı Anar Həsənovun atəşkəsin pozulması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirildiyi qeyd edilir: "Bundan başqa, rayonun Paşabəyli kəndi ərazisinə top mərmisi düşməsi nəticəsində kənd sakini Məhiyəddinli Çiçək İlyas qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib".

Baş Prokurorluq bundan əvvəl isə bildirmişdi ki, sentyabrın 27-dən (cəbhədə döyüşlər yenidən başlayandan) hazırkı vaxtadək Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində Azərbaycan tərəfdən 61 mülki şəxs həlak olub, 282 nəfər yaralanıb.

17:48 19.10.2020

Prokurorluqdan yanğın açıqlaması

Azərbaycan Baş Prokurorluğu Tərtər rayonunda baş verən yanğınla bağlı məlumat yayıb.

Məlumata görə, oktyabrın 19-da Azadqaraqoyunlu kəndinin ərazisinə top mərmisi düşməsi nəticəsində "Pambıq emalı zavodu" Məhdud Məsuliyyətli Cəmiyyətin Tərtər filialında yanğın olub.

Baş Prokurorluqdan habelə bildirilib ki, hazırda prokurorluq əməkdaşları yanğın zamanı hər hansı şəxsin (şəxslərin) xəsarət alıb-almamasını müəyyən etmək məqsədilə mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirlərini həyata keçirirlər.

Davamı

XS
SM
MD
LG