Keçid linkləri

2024, 30 Oktyabr, çərşənbə, Bakı vaxtı 13:23
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

12:29 17.10.2020

“60 mülki şəxs həlak olub, 270 nəfər yaralanıb”

Gəncə şəhəri, 17 oktyabr 2020
Gəncə şəhəri, 17 oktyabr 2020

Azərbaycan Baş Prokurorluğunun mətbuat xidməti mülki əhalinin itkiləri ilə bağlı oktyabrın 17-də növbəti məlumat yayıb.

Məlumatda qeyd edilib ki, sentyabrın 27-dən ( döyüşlər başlayandan) hazırkı vaxtadək Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində Azərbaycan tərəfdən 60 mülki şəxs həlak olub, 270 nəfər yaralanıb:

“Bundan başqa 327 mülki obyekt, 90 yayayış binası və 1704 yaşayış evi yarasız hala düşüb.”

12:44 17.10.2020

Ermənistana məxsus Su-25 təyyarəsinin vurulduğu deyilir

Azərbaycan Müdafiə Nazirliyi (AMN) bu gün, oktyabrın 17-də Ermənistana məxsus Su-25 təyyarəsinin vurulduğunu açıqlayıb.
Nazirliyin bildirməsinə görə, saat 11:11 radələrində Cəbrayıl rayonu istiqamətində Azərbaycan bölmələrinin mövqelərinə hava zərbələri endirməyə cəhd edən Ermənistan silahlı qüvvələrinə məxsus 1 Su-25 təyyarəsi vurulub.

13:36 17.10.2020

Baş Prokurorluq: Gəncədə 2 azyaşlı itkin düşüb

Ermənistan silahlı qüvvələrinin oktyabrın 17-i gecə Gəncə şəhərini raket atəşinə tutması nəticəsində 2 azyaşlının itkin düşdüyü bildirilir.

Bu barədə Azərbaycan Baş Prokurorluğundan məlumat verilib.

Qeyd olunub ki, 13 dinc sakin həlak olub, 48 nəfər yaralınıb.

Rəsmi məlumata görə, həlak olanların 3-ü azyaşlı, 4-ü qadın, 6-sı kişidir. Yaralananların isə 5-nin azyaşlı, 20-nin qadın, 23-nün də kişi olduğu bildirilir.

İki uşağın da itkin düşdüyü açıqlanıb.

Azərbaycan Fövqəladə Hallar Nazirliyi isə Gəncə şəhərinin raket atəşinə tutulması nəticəsində 52 nəfərin xəsarət aldığını açıqlamışdı.

14:34 17.10.2020

AMN : “Ermənistana məxsus PUA vurulub”

PUA, arxiv foto
PUA, arxiv foto


Bu gün, oktyabrın 17-də Ermənistana məxsus pilotsuz uçuş aparatının (PUA) vurulduğu bildirilir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (AMN) məlumat yayıb.

Məlumatda qeyd edilib ki, oktyabrın 17-si gündüz saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı vasitəsilə Azərbaycanın Tovuz rayonu istiqamətindəki mövqeləri üzərində uçuşlar keçirməyə cəhd göstərib.
Açıqlamaya görə, həmin PUA-nı Azərbaycanın Hava Hücumundan Müdafiə bölmələri vurub.

Davamı

XS
SM
MD
LG