Keçid linkləri

2024, 29 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 00:29
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

13:34 12.10.2020
Dağıntılar altından çıxarılan Gəncə sakinləri danışır
Gözlə

No media source currently available

0:00 0:02:37 0:00

14:51 12.10.2020
Lavrov Mnatsakanyanla görüşdü
Gözlə

No media source currently available

0:00 0:01:57 0:00


Lavrov atəşkəsdən danışdı

"Gördüyümüz kimi, bu razılaşmaya tam əməl olunmur, əməliyyatlar davam edir", – Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Zöhrab Mnatsakyanla danışıqlardan öncə deyib.

"Ümidvarıq, sizinlə və azərbaycanlı həmkarlarınız, eləcə də müdafiə nazirliklərindən olanlarla təmaslarımız üçtərəfli formatda əldə olunmuş razılaşmaların tam icrasına kömək edəcək", – Lavrov vurğulayıb.

14:54 12.10.2020

Etnik erməni və Azərbaycan qüvvələrinin ötən həftəsonu Rusiyanın vasitəçiliyi ilə əldə etdiyi atəşkəs razılaşmasına əməl etməsi çox vacibdir. Bunu Kremlin sözçüsü Dmitri Peskov bu gün – oktyabrın 12-də deyib.

"Reuters" Peskova istinadla yazır ki, Kreml baş verənləri diqqətlə izləyir.

15:14 12.10.2020

Əliyev Ermənistanla danışıqların nə vaxt başlanacağını bilmir

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 12-də Türkiyənin "Haber Global" telekanalına müsahibəsində deyib ki, Dağlıq Qarabağ münaqişəsi üzrə Ermənistanla danışıqların nə vaxt başlanacağını bilmir, ancaq Türkiyə də həll prosesində iştirak etməlidir.

Əliyevin fikrincə, Fransa, Rusiya və Birləşmiş ştatların başçılıq etdiyi Minsk qrupu qərəzlidir, qlobal güc olan Türkiyə də prosesə cəlb olunmalıdır. Prezident Türkiyənin Liviyada, Suriyada münaqişələrdəki rolunu qeyd edib.

"Türkiyə də Minsk qrupunun üzvüdür, niyə axı həmsədrlərdən biri olmasın? Hətta bir çox Avropa ölkələrinin buna qarşı olmasına baxmayaraq, Türkiyə böyük söz sahibidir və tam müstəqildir", – Əliyev vurğulayıb.

Davamı

XS
SM
MD
LG