Keçid linkləri

2024, 29 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:22
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

18:02 12.10.2020

Gəncədə həlak olanların sayı 10-a çatıb

Gəncə şəhərinin oktyabrın 11-i saat 2 radələrində raket atəşinə tutulması nəticəsində yaralanan şəxslərdən birinin oktyabrın 12-də vəfat etdiyi bildirilir.

Azərbaycan Baş Prokurorluğu vurğulayıb ki, Ermənistan silahlı qüvvələrinin Gəncənin mərkəzində çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 9 nəfər həlak olmuş, 30-dan çox şəxs yaralanmışdı. Həmçinin, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəydiyinin bəlli olduğu qeyd edilib.

Qurumdan verilən məlumatına görə, bu gün, oktyabrın 12-də yaralı şəxslərdən biri - 1992-ci il təvəllüdlü Günay Əliyeva müalicə olunduğu xəstəxanada vəfat edib.

18:05 12.10.2020
Rusiyanın Qarabağ münaqişəsində son davranışlarına necə baxırsız?
Gözlə

No media source currently available

0:00 0:01:30 0:00

19:37 12.10.2020

Türkiyə və Rusiya müdafiə nazirləri danışıblar

Rusiya və Türkiyə müdafiə nazirləri Sergey ŞoyquHulusi Akar arasında telefon söhbəti olub.

Oktyabrın 12-də iki nazir Dağlıq Qarabağda, habelə Suriya və Liviyadakı vəziyyəti müzakirə ediblər.

Bu barədə məlumat Rusiya Müdafiə Nazirliyinin saytında dərc edilib.

Anadolu agentliyinin verdiyi xəbərə görə söhbət zamanı Akar rusiyalı həmkarına Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsinin təcililik və mühümlüyünü xatırladıb.

O deyib ki, Azərbaycan bu problemin həlli üçün bundan sonra da 30 il gözləyə bilməz.

Hulusi Akar söhbət zamanı bunu da bildirib ki, Türkiyə öz ərazilərini geri almaq mübarizəsində Azərbaycvanın yanındadır.

Türkiyə müdafiə naziri bəyan edib ki, Ermənistan Azərbaycanın bütün işğal edilmiş ərazilərindən çıxmalıdır.

Hulusi Akar Ermənistanın dinc əhalini hədəfləməsini qətiyyətlə pisləyib.

00:10 13.10.2020

Qarabağda 45 erməni hərbçinin həlak olduğu xəbər verilir

Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan oktyabrın 12-də bildirib ki, Azərbaycan silahlı qüvvələri “cənub cəbhəsində atəşi intensivləşdirib”.

Bu arada Dağlıq Qarabağda separatçı rejimin verdiyi məlumata görə oktyabrın 12-də daha 45 erməni hərbçi həlak olub.

Beləliklə sentyabrın 27-də döyüş əməliyyatları başlanandan bəri 525 erməni hərbçinin öldürüldüyü xəbər verilir.

Davamı

XS
SM
MD
LG