Keçid linkləri

2024, 28 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 18:29
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

20:40 11.10.2020

Ceyhun Bayramov Endryu Şofer-lə də danışıb

Bu gün, oktyabrın 11-də Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov ilə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Endryu Şofer arasında da telefon danışığı baş tutub.

“Nazir Ceyhun Bayramov azərbaycanlı mülki şəxslərin və obyektlərin humanitar atəşkəsin müəyyən olunduğu vaxtdan ( oktyabrın 10-u saat 12-00) sonra da Ermənistan tərəfindən qəsdən atəşə tutulması barədə qarşı tərəfi məlumatdırıb. ”,deyə açıqlamada yazılıb.

Açılamaya görə, O amerkalı həmsədrə Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qalması ilə də bağlı məlumat verib:

“ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Endryu Şofer bölgədəki gərginliyin humanitar atəşkəsin əldə edilməsindən sonra da davam etməsinin ciddi narahatlıq doğurduğunu bildirib və məsələnin həlli üzrə siyasi dialoqun zəruriliyini vurğulayıb”.

10:05 12.10.2020
Bakı sakinləri atəşkəs razılaşması haqda nə düşünür? - Sorğu
Gözlə

No media source currently available

0:00 0:00:44 0:00

10:06 12.10.2020

Ağdam rayonu atəşə tutulub

Ağdam rayonu ərazisini Ermənistan silahlı qüvvələrinin atəşə tutduğu bildirilir.

Bu məlumatı oktyabrın 12-i saat 8:32-də Azərbaycan Müdafiə Nazirliyi (MN) yayıb.

Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri oktyabrın 9-u və 10-da Moskvada danışıqlar apararaq atəşkəs barədə sənəd imzalamışdılar. Həmin sənədə görə, oktyabrın 10-u saat 12-dən cəbhədə tərəflər arasında atəşkəs əldə edilməliydi.

Amma həmin tarixdən sonra da cəbhədə bir çox istiqamətlərdə döyüşlərin davam etdiyi açıqlanıb. Azərbaycanın ikinci böyük şəhəri, cəbhə xəttindən uzaq Gəncə raket zərbələrinə tutulub. Bu zaman 9 nəfər dinc sakinin həlak olduğu, 39-nun isə yaralandığı açıqlanıb.

10:31 12.10.2020

Avropa Birliyinin xarici siyasət rəhbəri Cozep Borrel tərəfləri atəşkəs razılaşmasına əməl etməyə, xarici qüvvələr daxil olmaqla, bütün oyunçuları əlavə itkilərə səbəb olacaq hərəkətlərdən çəkinməyə çağırıb.

"Hərbi hərəkətlərin, mülki hədəflərə hücumların, mülki şəxslər arasında itkilərin davam etməsindən həddən artıq narahatıq, tərəfləri yerdə atəşkəs razılaşmasına tam əməl etməyə çağırırıq", – Borrel bəyanatında vurğulayıb.

Davamı

XS
SM
MD
LG