Keçid linkləri

2024, 28 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 20:25
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

10:32 12.10.2020

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu oktyabrın 11-də rusiyalı həmkarı Sergey Lavrovla telefon söhbətində ondan xahiş edib ki, atəşkəs şərtlərinə əməl etməsi üçün Ermənistana təzyiq göstərsin. Məlumatı Türkiyənin Xarici İşlər Nazirliyi yayıb.

Bu gün – oktyabrın 12-də Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakyan Moskvada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə danışıqlar aparmalıdır. Onun rusiyalı həmkarı S.Lavrovla da görüşəcəyi gözlənir.

10:50 12.10.2020

Los-Ancelesdə ermənilər yürüşə çıxıb

Oktyabrın 11-də ABŞ-ın Los-Anceles şəhərində minlərlə insan Dağlıq Qarabağ münaqişəsində Ermənistana dəstək yürüşünə çıxıb. Azı 20 min nəfərin Ermənistanın bayraqlarını, müxtəlif plakatları qaldırdığı xəbər verilir. Onlar Türkiyə Konsulluğu qarşısına yığışaraq Ankaranın Bakıya dəstəyini pisləyiblər.

Cənubi Kaliforniya Birləşmiş Ştatlarda ən çox erməninin yaşadığı ərazidir. Şərqi Hollivud rayonu 2000-ci ildə "Kiçik Ermənistan" elan olunub.

Los-Ancelesin meri Erik Qarseti də etirazçıları dəstəkləyən tvit yazıb. O, tvitinə bir qrup mer və konqresmenin Dövlət katibi Mayk Pompeoya məktubunu əlavə edib. Məktubda Birləşmiş Ştatlardan münaqişəni səngitməyə kömək istənilir. Məktubda Dağlıq Qarabağda mülki şəxslər arasında itkilərin olduğu vurğulansa da, Azərbaycan tərəfdən itkilərdən söz açılmır.

Azərbaycanın Birləşmiş Ştatların Qərbində Baş konsulu Nəsimi Ağayev isə Los-Anceles merinin Ermənistan qüvvələrinin Azərbaycan şəhərlərinə raket hücumları nəticəsində mülki şəxslərin ölümünü gözardı etməsini pisləyib.

"Siyasi mənfəətin limiti yoxdurmu? Qırmız xətt yoxdurmu: Siyasət elə həmişə kampaniya pulu və səslərdən ibarətdir?", – konsul yazıb və Ermənistan tərəfdən Gəncəyə hücumların səbəb olduğu ziyan və itkiləri göstərən video da əlavə edib.

11:08 12.10.2020

Kəngərlidə yaralanan var

Tərtər rayonunun Kəngərli kəndində top mərmilərinin partlaması nəticəsində bir nəfərin yaralandığı bildirilir.

Bu barədə bu gün, oktyabrın 12-də Azərbaycan Baş Prokurorluğu məlumat yayıb.

Məlumatda yazılıb ki, oktyabrın 12-si səhər saatlarından başlayaraq Ermənistan silahlı birləşmələri Tərtər, Ağdam, Goranboy rayonlarını müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutub: "Tərtər rayonu Kəngərli kəndində top mərmilərinin partlaması nəticəsində 1970-ci il təvəllüdlü Bəylərov Firudin Kamal oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib".

Rəsmi qurumlar bundan əvvəl bildirmişdi ki, sentyabrın 27-dən, cəbhədə döyüşlər başlayandan bəri Azərbaycan tərəfdən mülki əhalidən 41 nəfər ölüb, 205 nəfər isə yaralanıb.

11:51 12.10.2020

"Azərbaycan humanitar atəşkəs rejiminə ciddi riayət edir"

Azərbaycan ordusunun humanitar atəşkəs rejiminə ciddi riayət etdiyi bildirilir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (MN) oktyabrın 12-si saat 11:34-də məlumat yayıb.

"Ermənistan tərəfinin guya Azərbaycan ordusunun Hadruta daxil olmaq məqsədilə bu istiqamətdə xeyli sayda qüvvə cəmləşdirməsi və gərgin döyüşlərin getməsi barədə yaydığı məlumat açıq-aydın dezinformasiyadır. Bildiririk ki, Azərbaycan ordusu humanitar atəşkəs rejiminə ciddi riayət edir və heç bir aktiv döyüş fəaliyyəti həyata keçirmir", - məlumatda yazılıb.

Azərbaycan tərəfi üç gün əvvəl, oktyabrın 9-da Hadrut qəsəbəsinin işğaldan azad edildiyini bildirib.

Davamı

XS
SM
MD
LG