Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 12:23
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

03:02 9.10.2020

Putin döyüşlərin dayandırılmasına çağırıb

Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müraciət edib.

O tərəfləri döyüş əməliyyatlarını “humanitar mülahizələrlə” dayandırmağa çağırıb.

RIA Novosti Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, Putin oktyabrın 8-də Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla silsilə telefon danışıqları aparıb.

Putin bildirib ki, regiondakı toqquşmaların, əsirlərin və meyitlərin dəyişdirilməsi üçün dayandırılması zəruridir.

Kremldən bunu da bildiriblər ki, “bu məsələ barəsində Rusiya XİN-in vasitəçiliyi ilə məsləhətləşmələrin keçirilməsi üçün Azərbaycan və Ermənistan xarici işlər nazirləri oktyabrın 9-da Moskvaya dəvət olunublar”.

10:02 9.10.2020

Gecə bütün cəbhə boyu döyüşlər davam edib

Gecə ərzində bütün cəbhə boyu gərgin döyüşlərin getdiyi bildirilir.

Bu barədə oktyabrın 9-da səhər saat 9:42-də Azərbaycan Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Məlumatda yazılana görə, döyüşlər Azərbaycan ordusunun üstünlüyü ilə davam edib.

"Oktyabrın 8-i günün ikinci yarısından başlayaraq 9-u səhərədək və gecə ərzində bütün cəbhə boyu gərgin döyüşlər davam edib", - məlumatda vurğulanıb.

MN Xankəndi şəhərinə də zərbələr endirdiyini qeyd edib.

11:02 9.10.2020
Gəncə sakinləri zirzəmisi olan qohumlarıgilə sığınır
Gözlə

No media source currently available

0:00 0:03:09 0:00

11:02 9.10.2020

Goranboy, Tərtər və Ağdam rayonları atəşə tutulur

Ermənistan silahlı qüvvələrinin Goranboy, Tərtər və Ağdam rayonlarını atəşə tutduğu bildirilir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (MN) oktyabrın 9-u saat 10:40-da məlumat yayıb.

"Ermənistan silahlı qüvvələrinə qarşı Ordumuz adekvat tədbirlər görür", - məlumatda yazılıb.

Davamı

XS
SM
MD
LG