Keçid linkləri

2024, 26 Oktyabr, şənbə, Bakı vaxtı 22:29
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

10:02 7.10.2020

Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 6-da "France Presse" agentliyinə müsahibəsində deyib ki, Türkiyə müttəfiqi Azərbaycana döyüşləri qızışdırması üçün tam dəstək verib.

"Türkiyənin fəal iştirakı olmadan bu müharibə başlamazdı", – Paşinyan bildirib.

10:09 7.10.2020

Gecə cəbhədə döyüşlər davam edib

Oktyabrın 7-ə keçən gecə bütün cəbhə boyu döyüşlərin davam etdiyi bildirilir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (AMN) oktyabrın 7-də səhər saat 9:02-də məlumat yayıb.

Məlumatda qeyd edilib ki, cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan qoşunları ötən günlərdə qazanılan nailiyyəti genişləndirmək məqsədilə döyüş əməliyyatları aparıb: "Qarşılıqlı artilleriya atışları qeydə alınıb".

10:42 7.10.2020

H.Hacıyev: "Ermənistanın son raket hücumları…"

"Təmas xəttində vəziyyət gərginləşməzdən əvvəl Ermənistan açıq şəkildə Azərbaycanın vacib enerji infrastrukturunu- Mingəçevir su anbarını raket hücumları ilə təhdid etmişdi".

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Twitter-dəki hesabındakı paylaşımında bildirib.

O qeyd edib ki, Ermənistanın son raket hücumları bu ölkənin hərbi doktrinasının nə qədər aqressiv olduğunu bir daha təsdiqləyir.

Azərbaycan rəsmi qurumları bəyan ediblər ki, oktyabrın 6-də Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinə Yevlax yaxınlığında raket zərbələri atılıb. Amma zərbələrin qarşısının alındığı bildirilir.

10:44 7.10.2020

Ermənistan silahlı qüvvələrinin Tərtər, Bərdə Ağdam, Ağcabədi, Füzuli və Cəbrayıl rayonlarının kəndlərini atəşə tutduğu bildirilir

Bu barədə oktyabrın 7-si səhər 10-25 radələrində Azərbaycan Müdafiə Nazirliyi (AMN) məlumat yayıb.

"Ordumuz tərəfindən adekvat tədbirlər görülür", - məlumatda qeyd edilib.

Davamı

XS
SM
MD
LG