Keçid linkləri

2024, 26 Oktyabr, şənbə, Bakı vaxtı 18:24
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

15:53 6.10.2020

Ötən gecə nisbətən sakit keçib

Ermənistan oktyabrın 6-da bildirib ki, ötən gecə Dağlıq Qarabağ münaqişə zonasında nisbətən sakit keçib.

"Dağlıq Qarabağ münaqişə zonasında əməliyyatların dərhal dayandırılması ilə bağlı beynəlxalq ictimaiyyətin çağırışlarından sonra ötən gecə sərhəddə nisbətən sakitlik olub", – Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan Facebook-da yazıb.

Qondarma "Dağlıq Qarabağ Respublikası"nın de-fakto prezidenti Arayik Harutyunyan Facebook-da yazıb ki, ötən gecə cəbhədə "sabit vəziyyət" saxlanıb.

17:43 6.10.2020

DTX terrorçuların danışıqlarını tutduğunu bildirir

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündə xarici muzdlulardan, İraq və Suriya ərazisindən gətirilən kürd terrorçu qruplaşma üzvlərindən fəal istifadə edildiyi bildirilir.

Bu barədə oktyabrın 6-da Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti ( DTX) məlumat yayıb.

Qurumdan vurğulanıb ki, Azərbaycan əleyhinə hərbi əməliyyatlarda iştirak edən PKK ilə əlaqəli terrorçuların radio danışıqları ələ keçirilib. "Həmin səs yazılarında terrorçular erməni tərəfində vəziyyətin ağır və itkilərin çox olması, azərbaycanlılar tərəfindən dronların effektli tətbiqi barədə müzakirələr aparır, ermənilərin məlumatlarına aldanaraq münaqişə bölgəsinə gəldiklərindən peşmançılıq keçirdiklərini bildirirlər", - açıqlamada yazılıb.

Oxşar iddialar Azərbaycana qarşı da səslənib. Bir neçə gün öncə Fransa prezidenti E.Makron də iddia etmişdi ki, Azərbaycan tərəfdə Suriyadan gətirilmə muzdlular döyüşür.

Azərbaycan rəhbərliyi belə iddiaları qəti təkzib edib. DTX-nın bu açıqlamasına isə, hələlik, Ermənistan tərəfdən münasibət bildirilməyib.

18:35 6.10.2020
'Gəncəbazar' raket zərbələrindən sonra
Gözlə

No media source currently available

0:00 0:02:35 0:00

19:33 6.10.2020

“Yevlax, Goranboy və Beyləqan rayonları atəşə tutulub”

Ermənistan silahlı qüvvələrinin Yevlax, Goranboy və Beyləqan rayonlarının ərazilərini atəşə tutduğu bildirilir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (AMN) oktyabrın 6-da saat 19-03-də məlumat yayıb.

Davamı

XS
SM
MD
LG