Keçid linkləri

2024, 26 Oktyabr, şənbə, Bakı vaxtı 04:29
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

22:55 4.10.2020

“ Mingəçevir və Tərtər atəşə tutulub”

Ermənistan silahlı qüvvələrinin Mingəçevir şəhərinə raket zərbələri, Tərtər şəhərininə isə artilleriya zərbələri endiridiyi bildirilir.

Bu barədə Azərbaycan Müdafiə Nzirliyi (AMN) oktyabrın 4-də saat 22-38-də məlumat yayıb.

Məlumatda qeyd edilib ki, yaralananlar var.

23:17 4.10.2020

“Ermənistanın azərbaycanlı mülki şəxslərə qarşı dövlət terroru davam edir”

AZƏRTAC-ın xəbərinə görə, bunu Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabındakı paylaşımında bildirib.

H.Hacıyev qeyd edib: “Bir neçə dəqiqə əvvəl Ermənistan silahlı qüvvələri Azərbaycanın Mingəçevir sənaye şəhərinə qarşı raket hücumu təşkil edib. Mingəçevirdə su anbarı və əsas elektrik stansiyası mövcuddur. Çarəsizliyin barbar ifadəsi”.

23:47 4.10.2020

“Xızı və Abşeron bölgəsinə iki 300 kilometr məsafəli orta mənzilli raket atılıb”

Ermənistan silahlı qüvvələrinin Xızı rayonuna raket zərbəsi endirdiyi bildirilir.

AZƏRTAC-ın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oktyabrın 4-də özünün “Twitter” hesabındakı paylaşımında bildirib.

Hikmət Hacıyev qeyd edib ki, Xızı və Abşeron bölgəsinə iki ədəd 300 kilometr məsafəli orta mənzilli raket atılıb.

Abşeron rayonu paytax Bakının qonşulugunda yerləşir.

01:01 5.10.2020

Erməni silahlı qüvvələrinin oktyabrın 4-ü axşam saatlarında Mingəçevirə atdığı raket zərbəsi nəticəsində 5 nəfər mülki şəxs xəsarət alıb.

Məlumatı Azərbaycan Baş Prokurorluğuna istinadən Azərtac informasiya agentliyi yayıb. Məlumata görə, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgədən 100 km-dən artıq uzaqlıqda yerləşən Azərbaycanın sənaye şəhəri, 100 mindən artıq əhalisi olan Mingəçevirə atılan 3 raketdən 2-si partlamayıb.
Partlamayan raketlərdən 1-i Azərbaycan İstilik Elektrik Stansiyası MMC-nin qarşısına, digəri isə dinc sakinlərin yaşadıqları evin yaxınlığına düşüb. 3-cü raketin fərdi yaşayış evinə atılması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, eyni zamanda evə külli miqdarda ziyan dəyib.
Baş prokurorluğun məlumatına görə, hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin və zərər dəymiş mülki infrastruktur obyektlərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Davamı

XS
SM
MD
LG