Keçid linkləri

2024, 26 Oktyabr, şənbə, Bakı vaxtı 00:28
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

16:51 4.10.2020

“Azərbaycan ordusu Cəbrayıl şəhərini işğaldan azad edib”

“Bu gün Azərbaycan ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad edib. Eşq olsun Azərbaycan ordusuna! Qarabağ Azərbaycandır!”

Bunu oktyabrın 4-də Azərbayan prezidenti İlham Əliyev Twitter

səhfəsində yazıb.

17:06 4.10.2020

Cəbrayıl 27 iləvvəl işğal edilmişdi

Cəbrayıl rayonu 1993-cü il avqustun 23-ü işğal edilmişdi.

Bu rayonun 1050 kv.km ərazisi var. Rayon işğal olunarkən 200 civarında adamın həlak olduğu, 91 nəfərin itkin düşdüyü, 177 nəfərin də əlil olduğu bildirilirdi.

Cəbrayıl rayonun əhalisi 60 minə yaxın olub.Rayonda 90 kənd var.

Atəşə tutulan Gəncədən görüntülər. 1 mülki şəxs ölüb
Gözlə

No media source currently available

0:00 0:01:47 0:00

18:35 4.10.2020

Nazir həmsədrlərlə danışıb

Ceyhun Bayramov, Ankara, 11 avqust 2020
Ceyhun Bayramov, Ankara, 11 avqust 2020

Oktyabrın 4-də Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və ATƏT-in Minsk Qrupunun Rusiyalı həmsədri İqor Popov arasında telefon danışığı baş tutub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.Məlumatda yazılıb ki, bu danışıq C.Bayramovun təşəbbüsü ilə gerçəkləşib.

“Nazir Ceyhun Bayramov, rusiyalı həmsədrə bölgədəki artan gərginlik, xüsusən də Ermənistanın azərbaycanlı mülki şəxsləri və obyektlərini qəsdən atəşə tutması barədə məlumat verdi. Nazir, təmas xəttindən uzaqda yerləşən Azərbaycan şəhərlərini, o cümlədən Ermənistan ərazisindən... Gəncənin hədəfə çevrilməsinin mülki əhali arasında itki və infrastrukturun məhv olması ilə nəticələndiyini vurğuladı.”

Açıqlamaya görə, O, rusiyalı həmsədrə hazırkı vaxta qədər Ermənistanın açdığı atəş nəticəsində Azərbaycan tərəfdən 24 mülki şəxsin həlak olduğu və 111 nəfərin isə yaralandığı barədə məlumat verib.

“İqor Popov, bölgədəki gərginliyin artmasından ciddi narahatlığını ifadə etdi və atəşkəsə əməletmənin əhəmiyyətini vurğuladı.Nazir Ceyhun Bayramov, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistanın bütün silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının bölgədə sülhün təmin edilməsi üçün mühüm şərt olduğunu qeyd etdi”,məlumatda yazılıb.

Fransalı həmsədrlə də telefon danışığı olub


Oktyabrın 4-də Azərbaycan Xarici İşlər naziri C.Bayramovun təşəbbüsü ilə onun ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri Stefan Viskonti ilə də telefon danışığı baş tutub.

Nazir təqribən eyni fikirləri fransalı həmsədrin də diqqətinə çatdırıb.

“Stefan Viskonti, bölgədəki gərginliyin artmasından ciddi narahatlığını ifadə edib və atəşkəsə əməletmənin əhəmiyyətini vurğulayıb”,XİN bildirir.

18:52 4.10.2020

Mübariz İbrahimovun təkbaşına döyüşdüyü postun azad edildiyi deyilir

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun 2010-cu il iyunun 18-də təkbaşına döyüşərək həlak olduğu posta Azərbaycan Bayrağının sancıldığı bildirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bu gün, oktyabrın 4-də qeyd ediblər ki, artıq həmin post işğaldan azad edilib və orada Azərbaycan Bayrağı dalğalanır.

Davamı

XS
SM
MD
LG