Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:24
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

20:53 15.10.2020

Separatçılar ermənilərin Qarabağdan çıxmasına məhdudiyyət qoyur

AzadlıqRadiosunun Erməni xidmətinin verdiyi xəbərə görə Qarabağın separatçı rejiminin başçısı Araik Arutyunyan Dağlıq Qarabağ ərazisində adamların sərbəst hərəkətinə məhdudiyyət qoyub.

Arutyunyan özünün Facebook səhifəsində yazıb ki, onun imzaladığı “fərman” əsasən Dağlıq Qarabağdakı əhalinin oradan çıxmasının qarşısını almaq üçün verilib.

“Fərmanda” bu şəxslər “Artsax Respublikasının vətəndaşları” adlandırılır.

Separtaçıların lideri bildirir ki, adamların Dağlıq Qarabağdan çıxmasının qarşısının alınması üçün xüsusi kommendantlıq yaradılıb.

Sözü gedən “fərmanda” deyilir ki, bu məhdudiyyət separatçı ərazidə səfərbərlik yaşında olanlara şamil edilir.

18:09 15.10.2020

Prezident 6 kəndin də işğaldan azad olunduğunu açıqladı

Azərbaycan prezidenti İlham Əliyev bu gün, oktyabrın 15-də 6 kəndin işğaldan azad edildiyini açıqlayıb.

"Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad edilib...", - o, Twitter səhifəsində yazıb.

15:22 15.10.2020

Mülki əhalidən ölü sayı 46-ya çatıb

Ermənistan silahlı qüvvələrinin bu gün, oktyabrın 15-də Tərtər qəbiristanlığını atəşə tutması nəticəsində üç mülki insanın həlak olduğu, beşinin isə yaralandığı bildirilir.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında bildirilir. Qurumdan verilən məlumata görə, saat 13 radələrində qarşı tərəfin Tərtər şəhər qəbiristanlığını dəfn mərasimi keçirilərkən qəsdən ağır artilleriyadan atəşə tutması nəticəsində orada olan üç nəfər həlak olub: "Məmmədov Fizuli Əli oğlu, Əmirov İsgəndər Yelmar oğlu, Allahverdiyev Elsevər Vəli oğlu, Əmirov Nofəl Yelmar oğlu və Qəzənfərli Rəfael Qəzənfər oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər".

Qurumdan bunda öncə isə bildirmişdi ki, sentyabrın 27-dən (cəbhədə döyüşlər başlayandan) hazırkı vaxtadək Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində Azərbaycan tərəfdən 43 mülki şəxs həlak olub, 218 nəfər yaralanıb.

15:18 15.10.2020
Yevlaxa atılan raketlər vurulur
Gözlə

No media source currently available

0:00 0:03:18 0:00

Davamı

XS
SM
MD
LG