Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 11:23
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

13:43 15.10.2020

BBQ: Silah təchizatı və tranziti dayandırılsın

Beynəlxalq Böhran Qrupu (BBQ) oktyabrın 14-də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı daha bir bəyanat yayıb. Qurum oktyabrın 2-də münaqişənin sadə həllinin olmadığını deyirdi. Rusiyanın vasitəçiliyi ilə əldə olunan atəşkəs razılaşmasının iflasından sonra döyüşlər qızışmaqdadır.

BBQ tərəfləri mülki şəxsləri hədəfə almağı dayandırmağa, humanitar əziyyəti önləmək və azaltmaq üçün çalışmağa çağırır. Qurumun mövqeyinə görə, ATƏT-in Minsk qrupu daxil olmaqla beynəlxalq oyunçular bir səslə danışmalıdırlar. Tərəflərə silah verən ölkələr silah təchizatını və tranzitini dayandırmalıdırlar.

Qurum BMT-nin Təhlükəsizlik Şurasının oynaya biləcəyi rola toxunur. İndiyədək bircə dəfə yığışaraq bəyanat vermiş qurum təcili açıq toplantı keçirməli, tərəfləri 10 oktyabr atəşkəs razılaşmasına əməl etməyə çağırmalıdır. "Şura qətnamə qəbul edərək Moskvada razılaşdırılmış humanitar atəşkəsdən sonra təcili və hərtərəfli atəşkəsə səsləməlidir. Qətnamədə tərəflərin mülki şəxslərin həyatını təhlükəyə atması pislənilməli, onlar Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqlara qayıtmağa çağrılmalıdır", – qurum vurğulayır.

Azərbaycan tərəfi mülki deyil, legitim hərbi obyektləri hədəfə aldığını bildirir. Ermənistan da mülki hədəfləri vurmadığını qeyd edir.

Rəsmi Bakı ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə 30 ilə yaxındır aparılan danışıqların fayda vermədiyini düşünür, BMT-nin Azərbaycan torpaqlarının işğaldan azad olunmasına çağıran dörd qətnaməsinin yerinə yetirilməsini tələb edir.

12:49 15.10.2020

218 nəfər yaralanıb

Baş Prokurorluğun mətbuat xidməti bu gün, oktyabrın 15-də cəbhədə mülki əhalinin itkiləri ilə bağlı növbəti açıqlama yayıb.

Qurumdan bildirildiyinə görə, sentyabrın 27-dən (cəbhədə döyüşlər başlayandan) hazırkı vaxtadək Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində Azərbaycan tərəfdən 43 mülki şəxs həlak olub, 218 nəfər yaralanıb: "Bundan başqa, 290 mülki obyekt, 79 hündürmərtəbəli bina və 1592 yaşayış evi yarasız hala düşüb".

10:59 15.10.2020

Ağdamda yaralılar var

Ağdam rayonun Baharlı qəsəbəsində atəşkəsin pozulması nəticəsində iki nəfərin yaralandığı bildirilir.

Bu barədə bu gün, oktyabrın 15-də Azərbaycan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb. Xidmətdən verilən məlumata görə, oktyabrın 15-i, səhər saatlarından başlayaraq qarşı tərəfin silahlı birləşmələri Ağdam rayonunu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutublar: ​"Saat 09 radələrində Ağdam rayonu, Birinci Baharlı qəsəbəsində fərdi yaşayış evlərinə mərmi düşməsi nəticəsində 1969-cu il təvəllüdlü Vəliyev Şahsuvar Millət oğlu və 1979-cu il təvəllüdlü Musayev Loğman Yusif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, yaşayış evlərinə isə ciddi ziyan dəyib".

Baş Prokurorluq oktyabrın 14-də isə bildirmişdi ki, sentyabrın 27-dən bəri (cəbhədə döyüşlər başlayandan) Ermənistan silahlı qüvvələrinin açdığı atəşlər nəticəsində Azərbaycan tərəfdən 43 mülki insan həlak olub, təqribən 215-i isə yaralanıb.

09:37 15.10.2020
Avropalı ekspert:"Rusiya sülhməramlısı girdiyi torpaqdan çıxmır"
Gözlə

No media source currently available

0:00 0:04:17 0:00

Davamı

XS
SM
MD
LG