Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 13:20
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

09:36 15.10.2020

Atəş davam edir

"Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazilərini atəşə tutur".

Bu məlumatı oktyabrın 15-i səhər saat 8:44-də Azərbaycan Müdafiə Nazirliyi (MN) yayıb.

Nazirlik həmin məlumatdan təqribən 10 dəqiqə öncə isə bunları bildirmişdi: "Oktyabrın 14-dən 15-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Hadrut-Cəbrayıl istiqamətlərində əvvəlki günlərdə olduğu kimi, vəziyyət gərgin olaraq qalıb. Ermənistan silahlı qüvvələrinin bölmələri gecə ərzində cəbhənin bəzi istiqamətlərində Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərib".

09:36 15.10.2020

"Qarşı tərəf geri çəkilməyə məcbur edilib"

AMN bildirib ki, qarşı tərəf cəbhənin müxtəlif istiqamətlərində geri çəkilməyə məcbur edilib: ​"Humanitar atəşkəs rejiminə əməl edən qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünü saxlayır".

Halbuki, Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri oktyabrın 9-u və 10-da Moskvada danışıqlar apararaq atəşkəs barədə sənəd imzalamışdılar. Həmin sənədə görə, oktyabrın 10-u saat 12-dən cəbhədə tərəflər arasında atəşkəs əldə edilməliydi.

03:20 15.10.2020

Peskov: “Müdafiə Nazirliyimiz bu informasiyanı yoxlayır…”

Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov oktyabrın 14-də mətbuat üçün keçirdiyi gündəlik brifinqdə Dağlıq Qarabağda hərbi əməliyyatlar barədə suala cavab verib:

"Biz bununla (Dağlıq Qarabağda atəşkəsin pozulması-red) bağlı yalnız narahatlıq ifadə edə bilərik. Biz hesab edirik ki, hərbi əməliyyatlar mümkün qədər tez dayanmalıdır. Biz münaqişəni siyasi-diplomatik tənzimləmə metoduna keçirməliyik”.

RIA Novosti agentliyinin xəbərinə görə Dmitri Peskov Azərbaycanın Ermənistan ərazisinə zərbə endirməsinə dair xəbərlə bağlı isə bunu deyib:

“Bizim Müdafiə Nazirliyimiz bu informasiyanı yoxlayır. Onlar hər iki tərəfdən olan həmkarları ilə daimi əlaqədədir”.

23:35 14.10.2020

Dövlət katibi Pompeo Qarabağ barədə suala cavab verib

Oktaybrın 14-də ABŞ dövlət katibi Mike Pompeonun keçirdiyi mətbuat brifinqində ona Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı adminsitrasiyanın nə kimi addımlar atdığı barədə sual verilib.

Mike Pompeo deyib:

“Mən bu barədə gedən söhbətlərə və getməkdə davam edəcək söhbətlərə müdaxilə etmək istəmirəm. Lakin bunu deməyi kafi sayıran ki, mən bu səhər prezident Donald Trump-la bu barədə qısaca söhbət etmişəm. Biz orada baş verənləri izləyirik. Biz münaqişənin çözülməsinin başlanğıcı kimi orada atəşkəsin olması üçün müraciət etmiş Avropa müttəfiqlərimizə və dünyanın bir çox ölkələrinə qoşulmuşuq. Biz orada mülki şəxslərin ölümü barədə xəbərləri izləyirik. Biz Türkiyənin Azərbaycanı gücləndirdiyini görürük. Biz bütün beynəlxalq oyunçulardan bu regiondan aralı durmağa, fəlakəti artırmamağa çağırmışıq. Biz bu istiqamətdə işləyirik. Biz sakitliyin, atəşkəsin və beynəlxalq qanunlar əsasında nəticənin əldə olunması üçün diplomatik alətlərimizdən istifadə edirik”.

Mike Pompeo əlavə edib ki, ABŞ administrasiyası onun sadaladığı məqsədlərə “nail olunmasını asanlaşdıracaq müəyyən iş” görüb.

O bu işin konkret olaraq nədən ibarət olduğunu açıqlamayıb.

Davamı

XS
SM
MD
LG