Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 17:33
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

15:31 14.10.2020

Paşinyan Qarabağın statusu tanınmadan danışıqlardan imtina edir

Ermənistan Qarabağın öz statusunu təyinetmə hüququ çıxdaş olunan danışıqlar formatından imtina edib. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 14-də xalqa müraciətində deyib.

"Bu gün hərbi-siyasi vəziyyət bizim üçün həddən artıq vacibdir. Ancaq buna görə müharibənin səbəblərini və şərtlərini anlamaq lazımdır. Əvvəlki illər Qarabağ danışıqlar prosesi elə bir nöqtəyə çatmışdı ki, erməni xalqı qarşısında öz hüquqlarından imtina tələbi qoyulmuşdu", – baş nazir deyib. Onun sözlərinə görə, Azərbaycan işğal olunmuş yeddi rayonundan beşini geri istəyib, qalan iki rayonun təhvil verilməsi üçün qrafik, Qarabağın istənilən statusunun Azərbaycanın tərkibində olacağının bəyan olunmasını tələb edib.

Paşinyanın iddiasına görə, təklif olunan formulda ərazilər status əvəzinə deyil, sülh əvəzinə təhvil verilməliydi. "Əks halda, Azərbaycan məsələni müharibə yoluyla həll etməklə hədələyirdi", – o vurğulayıb.

14:52 14.10.2020

Lavrov: "Hərbi müşahidəçilər də yetərlidir"

Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tərəflərlə müzakirə olunan ilkin razılaşmada regiona sülhməramlıların yerləşdirilməsi təklif olunub, ancaq indiki məqamda hərbi müşahidəçilər də yetərlidir. Bunu Rusiyanın Xarici işlər naziri Sergey Lavrov ölkə radiostansiyalarına müsahibəsində deyib.

"İndi heç sülhməramlı deyil, hərbi müşahidəçilər belə yetərlidir. Biz bunu tamamilə düzgün sayırıq. Hətta bizim hərbi müşahidəçilər olsa belə, son sözü tərəflər (Ermənistan və Azərbaycan) deməlidirlər", – Lavrov vurğulayıb.

Nazir münaqişənin siyasi həllinin mümkün olduğunu deyib. Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri Qarabağ ətrafındakı rayonların mərhələli azad olunması üzrə təkliflər hazırlayır. Bu, təhlükəsizlik zəmanəti, Qarabağın yekun statusu həll olunanadək Ermənistan və regionla etibarlı əlaqənin təminatı çərçivəsində edilməlidir.

Lavrov deyir ki, razılaşmanın birinci mərhələsində Qarabağ ətrafında beş rayonun azad olunması, kommunikasiyanın, iqtisadi, nəqliyyat əlaqələrinin bərpası, sülhməramlıların yerləşdirilməsi, ikinci mərhələdə isə daha iki rayonun azad olunması və Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi nəzərdə tutulur.

Azərbaycan Prezidenti İlham Əliyev isə bəyan edib ki, Qarabağa sülhməramlılar yalnız Bakı və Yerevanın razılığı ilə göndərilə bilər.

14:51 14.10.2020
Qarabağa hansı sülhməramlılar yerləşdirə bilər?
Gözlə

No media source currently available

0:00 0:03:38 0:00

14:45 14.10.2020

'İcazəmiz olmadan hər hansı ölkə sülhməramlılarını torpağımıza göndərə bilməz'

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 13-də Türkiyənin "Haber Türk" televiziya kanalına müsahibə verib: "İlk növbədə, onu bildirməliyəm ki, sülhməramlıların bölgəyə göndərilməsi hər iki ölkənin - Ermənistanın və Azərbaycanın razılığı əsasında olmalıdır. Həmçinin sülhməramlıların göndərilməsi və sülhməramlıların tərkibi. Yəni orada kim olacaq, hansı ölkələr olacaq? Əgər hər hansı bir ölkə veto qoyarsa, təbii ki, bu, olmayacaq. İkinci məsələ ondan ibarətdir ki, hər kəs anlamalıdır bu gün sülhməramlıların göndərilməsi deyəndə Azərbaycan torpaqlarından, suveren Azərbaycan ərazisindən söhbət gedir. Bizim icazəmiz olmadan hər hansı ölkə sülhməramlılarını bizim torpağımıza göndərə bilməz. Bu, qanuna ziddir. Bu, beynəlxalq hüquqa ziddir. Bu, qəbuledilməzdir".

Davamı

XS
SM
MD
LG