Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 19:34
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

13:56 14.10.2020

"Ermənistanın PUA-sı vurulub"

Bu gün, oktyabrın 14-ü günorta saatlarında cəbhənin Füzuli rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatının (PUA) vurulduğu bildirir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (MN) açıqlama yayıb.

Açıqlamada yazılıb ki, Azərbaycan ordusunun bölmələri həmin PUA-nı vurub.

12:56 14.10.2020

Ağdamda xəsarət alan var

Bu gün, oktyabrın 14-ü Ağdam rayonu, Çəmənli kəndində bir sakinin evinə mərmi düşməsi nəticəsində xəsarət aldığı bildirilir.

Bu barədə Baş Prokurorluqdan məlumat yayılıb.

Məlumatda yazılıb ki, Ağdam rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub: "Saat 12 radələrində Ağdam rayonu, Çəmənli kəndində fərdi yaşayış evinə mərmi düşməsi nəticəsində 1964-cü il təvəllüdlü Soltanov Saleh Eldar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, yaşayış evinə isə ciddi ziyan dəyib".

Baş Prokurorluq bundan əvvəl bildirmişdi ki, sentyabrın 27-dən (cəbhədə döyüşlər başlayandan) hazırkı vaxtadək Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində Azərbaycan tərəfdən ümumilikdə 43 mülki şəxs həlak olub, 214 nəfər yaralanıb.

12:28 14.10.2020

Lavrov Qarabağda sülhməramlılardan danışır

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Qarabağda təmas xəttinə rusiyalı hərbi müşahidəçilərin yerləşdirilməsini düzgün addım sayır. Ancaq onun sözlərinə görə, buna Bakı və Qarabağ qərar verməlidir. Bu haqda "Reuters" yazır.

Lavrov həmçinin, Türkiyən münaqişədə tutduğu mövqe ilə razılaşmadığını bildirib. Onun sözlərinə görə, Türkiyə Qarabağdakı hərəkətlərində şəffaf olmalıdır.

Ankara hərbi əməliyyatlarda Bakını dəstəkləyir.

12:19 14.10.2020

Xəsarət alanların sayı 214-ə çatıb

Azərbaycan Baş Prokurorluğunun mətbuat xidməti oktyabrın 14-də mülki əhalinin itkiləri ilə bağlı növbəti açıqlama yayıb.

Qurumdan verilən məlumata görə, sentyabrın 27-dən (cəbhədə döyüşlər başlayandan) hazırkı vaxtadək qarşı tərəfin silahlı qüvvələrinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində Azərbaycan tərəfdən 43 mülki şəxs həlak olub, 214 nəfər yaralanıb: "Bundan başqa, 277 mülki obyekt və 1505 yaşayış evi, 66 çoxmərtəbəli yaşayış binası yarasız hala düşüb".

Davamı

XS
SM
MD
LG