Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 23:27
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

10:21 14.10.2020

Yaşayış məntəqələri atəşə tutulur

"Oktyabrın 13-dən 14-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Hadrut-Cəbrayıl istiqamətlərində vəziyyət gərgin olaraq qalıb".

Bu məlumatı AMN oktyabrın 14-ü saat 8:48-də yayıb.

Məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri gecə ərzində cəbhənin bəzi istiqamətlərində Azərbaycan ordusunun mövqelərinə basqın edib və görülən tədbirlər nəticəsində geri oturdulub: "Səhər saatlarından başlayaraq Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi artilleriya atəşinə tutulur. Ordumuz tərəfindən adekvat tədbirlər görülür. Humanitar atəşkəs rejiminə əməl edən qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünü saxlayır".

10:12 14.10.2020
Qırmızı Xaç Komitəsi cəsədləri dəyişmək üçün tərəflərlə danışıqlar aparır
Gözlə

No media source currently available

0:00 0:01:58 0:00

10:12 14.10.2020

Raketlərin vurulduğu bildirilir

Oktyabrın 14-ü saat 08:36 radələrində Ermənistanın Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonuna yaxın sərhədyanı ərazilərində həmin ölkənin silahlı qüvvələrinin növbəti əməliyyat-taktiki ballistik raket kompleksini start vəziyyətinə gətirdiyi bildirilir.

Bu barədə oktyabrın 14-ü səhər saatlarında Azərbaycan Müdafiə Nazirliyi (AMN) məlumat yayıb: "Mülki insanlar arasında tələfata səbəb olmaq, mülki infrastruktura xələl yetirmək məqsədilə operativ-taktiki raketlər Gəncə, Mingəçevir və digər şəhərlərə doğru hədəflənmişdi".

Məlumatda sonra da qeyd edilib ki, mülki insanların təhlükəsizliyini təmin etmək məqsədilə legitim hərbi hədəf kimi start vəziyyətində olan raketlər qabaqlayıcı dəqiq zərbə ilə vurulub.

Nazirlik bildirib ki, bundan əvvəl saat 01:00 radələrində həmin istiqamət üzrə start vəziyyətinə gətirilmiş əməliyyat-taktiki raket kompleksləri də dəqiq zərbə ilə vurulmuşdu: "Raketlərin atəş vəziyyətinə gətirildiyi məntəqələrdə hər hansı mülki infrastruktur və obyektlər olmayıb".

21:43 13.10.2020

Çavuşoğlu: Atəşkəslə torpaqların azad olunmasına birgə çağırış edilməlidir

Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu oktyabrın 13-də deyib ki, Dağlıq Qarabağda atəşkəsə çağırışlar başa düşüləndir, lakin bu çağırışa Ermənistanın Azərbaycan torpaqlarından çıxması tələbi də daxil edilməlidir.

Reuters agentliyinin xəbərinə görə Ankarada isveçli həmkarı Ann Linde ilə birgə keçirdiyi mətbuat konfransında Çavuşoğlu deyib ki, bu məsələdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün yaradılmış ATƏT-uin Minsk qrupunun üzvü olan 11 ölkənin birgə keçirəcəyi iclas faydalı ola bilər.

11 ölkə sırasına Türkiyə də daxildir. Minsk qrupuna Rusiya, ABŞ və Fransanı təmsil edən həmsədrlər başçılıq edirlər.

Həmsədrlər hesabat versinlər

Çavuşoğlu deyib:

“Biz atəşkəsə edilən beynəlxalq çağırışları düzgün hesab edirik. Amma biz beynəlxalq icmanın bu problemi həll etmək istəyini o vaxt görəcəyik ki, eyni zamanda Ermənistanın Azərbaycan torpaqlarından çıxması da tələb olunacaq”.

Çavuşoğlu deyib ki, Minks qrupunun tam heyətdə iclasının keçirilməsini xanım Lindeyə təklif edib, çünki İsveç tezliklə ATƏT-ə sədrliyi qəbul edəcək.

“Minsk qrupunun bütünlükdə iclas keçirməsi faydalı olardı. Belədə Minsk qrupunun həmsədrləri qrup qarşısında hesabat verərdilər və lazımi addımlar atılardı”.

Davamı

XS
SM
MD
LG