Keçid linkləri

2024, 01 Noyabr, Cümə, Bakı vaxtı 23:35
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

13:37 11.10.2020

Baş Prokurorluq: “41 dinc sakin həlak olub, 205 sakin yaralanıb”

Gəncə, 11 oktyabr 2020
Gəncə, 11 oktyabr 2020

Azərbaycan Baş Prokurorluğu sentyabrın 27-dən (cəbhədə döyüşlər başlayandan ) oktyabrın 11-dək olan müddətdə mülki insanların itkisi ilə bağlı növbəti açıqlama yayıb.

Qurumun məlumatına görə, bu müddət ərzində Ermənistan silahlı qüvvələrinin açdığı atəşlər nəticəsində Azərbaycan tərəfdən 41 dinc sakin həlak olub, 205 sakin yaralanıb.

“Yararsız vəziyyətə düşmüş yaşayış evlərinin sayı 1 165, çoxmənzilli yaşayış binalarının sayı 57, mülki obyektlərin sayı isə 146 olub.”,məlumatda vurğulanıb.

13:22 11.10.2020

“ Gəncədə raket atəşi nəticəsində ölənlərin sayı 9-a çatıb”

Gəncədə raket zəbəsindən dağılan ev, 11 oktaybr 2020
Gəncədə raket zəbəsindən dağılan ev, 11 oktaybr 2020
Gəncə, 11, oktaybr 2020
Gəncə, 11, oktaybr 2020

Ermənistan silahlı qüvvələrinin Gəncədə yaşayış binalarını raket atəşinə tutması nəticəsində ölənlərin sayının 9-a çatdığı bildirilir.

Bu barədə Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd edilib ki, Ermənistan silahlı qüvvələri oktyabrın 11-i, gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər həlak olub.

Gəncə, 11 oktaybr 2020
Gəncə, 11 oktaybr 2020
Gəncə, 11 oktyabr 2020
Gəncə, 11 oktyabr 2020

12:33 11.10.2020
Azərbaycanın Gəncə şəhəri gecə raket hücumundan sona, 11 oktyabr 2020
Azərbaycanın Gəncə şəhəri gecə raket hücumundan sona, 11 oktyabr 2020

11:47 11.10.2020

Azərbaycan deyir ki, Ermənistan razılığı kobud şəkildə pozur

arxiv foto
arxiv foto

Cəbhədki mövcud vəziyyətlə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) də oktyabrın 11-də açıqlama yayıb.

Açıqlamada qeyd edilib ki, Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Moskva görüşü nəticəsində oktyabrın 10-u saat 12.00-dan etibarən humanitar atəşkəsə riayət olunması razılığının əldə olunmasına baxmayaraq, qarşı tərəf bu razılığı kobud şəkildə pozmağa davam edir:

“Humanitar atəşkəsin müəyyən olunduğu vaxtdan dərhal sonra Azərbaycanın Ağdam və Tərtər rayonları Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə tutulub. Bir neçə saat sonra isə Ermənistan silahlı qüvvələri cəbhənin Hadrut və Cəbrayıl istiqamətlərində hücum cəhdi göstərib.Suqovşan ərazisində erməni əsgərlərinin cəsədlərini yığan və üzərinə aydın şəkildə ağ bayraq sancılan sanitar maşının Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində bir tibbi xidmət qulluqçusu ağır yaralanıb.”

XİN-in bildirməsinə görə, oktyabrın 11-də gecə saatlarında Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə bölgəsindən xeyli kənarda yerləşən Gəncə şəhərini Ermənistan silahlı qüvvələri raket atəşinə məruz qoyub:

“ Bu hücum nəticəsində 7 mülki şəxs həlak olub, aralarında azyaşlı uşaqlar olmaqla, 34 nəfər yaralanıb.Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs razılığından sonra dinc insanları və şəhərləri atəşə tutması barbarçılığın növbəti bariz nümunəsidir və Ermənistan rəhbərliyinin atəşkəs çağırışlarının riyakarlıqdan başqa bir şey olmadığını göstərir.”

Bəyanatın sonunda da yazılıb: “Ermənistanın bu təcavüzkar əməllərini qətiyyətlə pisləyir və beynəlxalq ictimaiyyəti işğalçı Ermənistanı beynəlxalq hüquqa və beynəlxalq öhdəliklərinə riayət etməyə məcbur etmək üçün qətiyyətli addımlar atmağa çağırırıq. Bölgədə yaranmış vəziyyətin tam məsuliyyəti Ermənistan siyasi-hərbi rəhbərliyinin üzərindədir.”

Davamı

XS
SM
MD
LG