Keçid linkləri

2024, 02 Noyabr, şənbə, Bakı vaxtı 17:31
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

14:32 9.10.2020

Mingəçevir və Ağcabədi atəşə tutulur

Hazırda Mingəçevir və Ağcabədi rayonlarının ərazilərinin də intensiv atəşə tutulduğu deyilir.

Bu barədə də Azərbaycan Müdafiə Nazirliyi oktyabrın 9-u saat 14-20-də məlumat yayıb.

14:13 9.10.2020

"Bərdə və Ağdam rayonları intensiv atəşə tutulur"

"Bərdə və Ağdam rayonlarının əraziləri hazırda intensiv atəşə tutulur".

Bu açıqlamanı Azərbaycan Müdafiə Nazirliyi oktyabrın 9-u saat 14 radələrində yayıb.

13:42 9.10.2020

Bayramov Cenevrədə həmsədrlərlə danışıb

Dünən, oktyabrın 8-də Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun Cenevrədə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü keçirilib.

Bu barədə oktyabrın 9-da Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti idarəsi məlumat yayıb. "Görüşdə münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi qarşı tərəfin diqqətinə çatdırılıb. Rusiya tərəfinin təşəbbüsü ilə əlaqədar, nazir Ceyhun Bayramov 9 oktyabr tarixində Moskvaya işgüzar səfər edəcək", - məlumatda yazılıb.

Azərbaycan Qarabağ münaqişəsinin mərhələli plan çərçivəsində həllini istəyir. Rəsmi Bakının mövqeyinə görə, əvvəlcə Azərbaycanın işğal edilən bütün ərazilərindən işğalçı qüvvənin qoşunları çıxarılmalı, azərbaycanlı köçkünlər Dağlıq Qarabağa qayıtmalı, yalnız bundan sonra status məsələsi həll edilməlidir. Ermənistan tərəfi isə bunu qəbul etmir. Onlar bundan əvvəl münaqişənin paket halda həllinə tərəfdar olduqlarını açıqlayıblar.

Ermənistan da oktyabrın 9-da Moskvada müzakirələrə qatılacağını təsdiqləyib.

12:28 9.10.2020

Yaralıların sayı 164-ə çatıb

Azərbaycan Baş Prokurorluğu oktyabrın 9-da cəbhədə mülki əhalinin itkiləri ilə bağlı növbəti açıqlama yayıb.

Qurumun mətbuat xidmətinin məlumatına görə, sentyabrın 27-dən hazırkı vaxtadək qarşı tərəfin silahlı qüvvələrinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində Azərbaycan tərəfdən 31 mülki şəxs həlak olub, 164 nəfər yaralanıb.

"Bundan başqa, 142 mülki obyekt və 1054 yaşayış evi yarasız hala düşüb", - məlumatda yazılıb.

Davamı

XS
SM
MD
LG