Keçid linkləri

2024, 02 Noyabr, şənbə, Bakı vaxtı 21:21
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

11:07 9.10.2020

Ceyhun Bayramov Moskvaya gedəcəkmi

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun dəvəti qəbul edərək Moskvaya gedəcəyi bəlli deyil.

ABŞ, Rusiya və Fransa rəsmiləri Cenevrədə danışıqlar aparıb, döyüşlərin dayandırılması, müharibənin genişlənməsinin qarşısını almağa çalışıblar.

Bayramovun oktyabrın 8-də iclasa qatılacağı gözlənirdi. Ancaq "Reuters" görüşün nəticələri haqda informasiya verilmədiyini, Ermənistanla Azərbaycan arasında birbaşa görüş planlaşdırılmadığını xəbər verir.

Oktyabrın 8-də Rusiyanın Baş naziri Mixail Mişustin də diplomatik fəaliyyətə qoşulub. Azərbaycanlı həmkarı Əli Əsədovla telefon söhbətində vəziyyətin sabitləşməsinin, danışıqların bərpasının vacibliyini vurğulayıb. Xəbəri TASS yayıb.

Ermənistan tərəfi oktyabrın 8-də Azərbaycanı Şuşada tarixi kilsəni bombalamaqda ittiham edib. Şəhər sakinləri Müqəddəs Xilaskar Kilsəsinin xaricinə və daxilinə ziyan dəydiyini deyirlər.

Azərbaycan Müdafiə Nazirliyi isə kilsəyə hücumu təkzib edib, ordunun tarix, mədəniyyət, xüsusilə dini bina və abidələri hədəfə almağını bildirir.

11:02 9.10.2020

Goranboy, Tərtər və Ağdam rayonları atəşə tutulur

Ermənistan silahlı qüvvələrinin Goranboy, Tərtər və Ağdam rayonlarını atəşə tutduğu bildirilir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (MN) oktyabrın 9-u saat 10:40-da məlumat yayıb.

"Ermənistan silahlı qüvvələrinə qarşı Ordumuz adekvat tədbirlər görür", - məlumatda yazılıb.

11:02 9.10.2020
Gəncə sakinləri zirzəmisi olan qohumlarıgilə sığınır
Gözlə

No media source currently available

0:00 0:03:09 0:00

10:02 9.10.2020

Gecə bütün cəbhə boyu döyüşlər davam edib

Gecə ərzində bütün cəbhə boyu gərgin döyüşlərin getdiyi bildirilir.

Bu barədə oktyabrın 9-da səhər saat 9:42-də Azərbaycan Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Məlumatda yazılana görə, döyüşlər Azərbaycan ordusunun üstünlüyü ilə davam edib.

"Oktyabrın 8-i günün ikinci yarısından başlayaraq 9-u səhərədək və gecə ərzində bütün cəbhə boyu gərgin döyüşlər davam edib", - məlumatda vurğulanıb.

MN Xankəndi şəhərinə də zərbələr endirdiyini qeyd edib.

Davamı

XS
SM
MD
LG