Keçid linkləri

2024, 05 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:46
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

20:33 6.10.2020

İran prezidenti İlham Əlievə zəng vurub

İran prezidenti Həsən Ruhani oktyabrın 6-da Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Həsən Ruhani Ermənistan-Azərbaycan təmas xəttində silahlı qarşıdurmanın davam etməsindən ölkəsinin narahatlığını ifadə edib və münaqişənin tez bir zamanda sülh yolu ilə həll olunacağına ümidvar olduğunu bildirib.

“Prezident İlham Əliyev qeyd edib ki, Ermənistanın sentyabrın 27-dən başlamış və bu gün də davam edən hərbi təxribatı nəticəsində təmas xətti boyu yerləşən hərbi birləşmələrimizin mövqeləri və yaşayış ərazilərimiz Ermənistan tərəfindən ağır artilleriya atəşinə məruz qalıb. Nəticədə hərbi qulluqçularımız, 27 mülki şəxsimiz həlak olub, 170-dən çoxu yaralanıb, 900-dən artıq evə ziyan dəyib və ya tamamilə dağıdılıb” - məlumatda yazılıb.

Açıqlamaya görə, İlham Əliyev əlavə edib ki, Azərbaycan tərəfi uğurlu əks-hücum əməliyyatları həyata keçirərək, işğal olunmuş torpaqların bir hissəsini azad edib:

“Dövlətimizin başçısı qeyd edib ki, İran-Azərbaycan dövlət sərhədinin işğal olunmuş ərazisinin bir hissəsi Azərbaycanın nəzarətinə keçib və sərhədboyu işğaldan azad olunmuş ərazilərdə tezliklə Azərbaycan sərhəd qoşunlarının və sərhəd infrastrukturunun yerləşdirilməsi nəzərdə tutulur.”

19:33 6.10.2020

“Yevlax, Goranboy və Beyləqan rayonları atəşə tutulub”

Ermənistan silahlı qüvvələrinin Yevlax, Goranboy və Beyləqan rayonlarının ərazilərini atəşə tutduğu bildirilir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (AMN) oktyabrın 6-da saat 19-03-də məlumat yayıb.

18:35 6.10.2020
'Gəncəbazar' raket zərbələrindən sonra
Gözlə

No media source currently available

0:00 0:02:35 0:00

17:43 6.10.2020

DTX terrorçuların danışıqlarını tutduğunu bildirir

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündə xarici muzdlulardan, İraq və Suriya ərazisindən gətirilən kürd terrorçu qruplaşma üzvlərindən fəal istifadə edildiyi bildirilir.

Bu barədə oktyabrın 6-da Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti ( DTX) məlumat yayıb.

Qurumdan vurğulanıb ki, Azərbaycan əleyhinə hərbi əməliyyatlarda iştirak edən PKK ilə əlaqəli terrorçuların radio danışıqları ələ keçirilib. "Həmin səs yazılarında terrorçular erməni tərəfində vəziyyətin ağır və itkilərin çox olması, azərbaycanlılar tərəfindən dronların effektli tətbiqi barədə müzakirələr aparır, ermənilərin məlumatlarına aldanaraq münaqişə bölgəsinə gəldiklərindən peşmançılıq keçirdiklərini bildirirlər", - açıqlamada yazılıb.

Oxşar iddialar Azərbaycana qarşı da səslənib. Bir neçə gün öncə Fransa prezidenti E.Makron də iddia etmişdi ki, Azərbaycan tərəfdə Suriyadan gətirilmə muzdlular döyüşür.

Azərbaycan rəhbərliyi belə iddiaları qəti təkzib edib. DTX-nın bu açıqlamasına isə, hələlik, Ermənistan tərəfdən münasibət bildirilməyib.

Davamı

XS
SM
MD
LG