Zakir Həsənov: "Ermənistan ərazisindən Azərbaycan ərazisinə atəş açılması...”
"Ermənistan ərazisindən Azərbaycan ərazisinə atəş açılması açıq təxribat xarakteri daşıyır və döyüş bölgəsini genişləndirir"
Bunu Azərbaycan Müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.
Bu barədə oktyabrın 4-də Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Prezidentin köməkçisi: 500-dən çox fərdi ev tam dağılıb, ya ciddi ziyan dəyib”
“Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Gəncə şəhərinə Ermənistan ərazisindən raketlər atılıb. Ermənistan silahlı qüvvələri qəsdən, məqsədli şəkildə Tərtər şəhərini, Füzuli rayonunun Horadiz şəhərini ağır artilleriyadan və raketlərdən istifadə etməklə atəşə tutub”.
Bu sözləri Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev AZƏRTAC-a açıqlamasında deyib.
Prezidentin köməkçisi bildirib ki, son günlər ərzində Ermənistan tərəfindən insanların sıx şəkildə yaşadığı Azərbaycanın yaşayış məntəqələrinə 10 mindən artıq müxtəlif növ mərmi və raket atılıb, 500-dən çox fərdi ev tam dağılıb, ya onlara ciddi ziyan dəyib.
Onun deməsinə görə, Azərbaycan tərəfi beynəlxalq humanitar hüququ, Cenevrə Konvensiyalarını rəhbər tutaraq beynəlxalq təşkilatlar vasitəsilə Ermənistanın hərbi rəhbərliyini yaşayış məntəqələrini və mülki insanları artilleriya atəşinə tutmaqdan çəkinmək barədə bir neçə dəfə xəbərdar etmişdi:
“ Onlar tərəfindən buna əməl edilmədi və növbəti dəfə riyakarlıq nümayiş etdirildi. Bu, bir daha açıq şəkildə onu göstərir ki, Ermənistanın məqsədi qəsdən mülki insanları hədəfə almaqdır.”
O əlavə edib ki, regionda davamlı sülhü təmin etmək üçün Ermənistan qoşunları BMT Təhlükəsizlik Şurasının qətnamələrinə (1993-cü ildə qəbul edilən 4 qətnaməni nəzərdə tutur) uyğun olaraq Azərbaycanın işğal edilmiş ərazilərindən tam şəkildə çıxarılmalıdır.
Müdafiə Nazirliyi: “Gəncə atəşə tutulub”
“Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə atəşə tutulub.”
Bu məlumatı da Azərbaycan Müdafiə Nazirliyi (AMN) oktyabrın 4-də saat 10-56-da yayıb.
Azərbaycanın Müdafiə Nazirliyi:“Kəndlərimiz raket və artilleriya atəşinə tutulur”
Ermənistan ərazisindən Füzuli rayonunun ərazisinin raket atəşinə tutulduğu bildirilir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (AMN) oktyabrın 4-də saat 10-34-dəməlumat yayıb.
Həmin məlumatda habelə qeyd edilib ki, işğal altında olan Azərbaycan ərazilərindən isə Ağdam və Tərtər rayonunun kəndləri Ermənistan silahlı qüvvələrinin artilleriya atəşinə tutulur.