Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 22:07
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

13:57 28.9.2020

Ağır artilleriya zərbələrindən Tərtərdə mülkü şəxsin öldüyü deyilir

Baş Prokurorluq cəbhədə mülkü əhalinin həlak olması ilə bağlı sentyabrın 28-də növbəti açıqlama yayıb.

Məlumatda qeyd edilib ki, qarşı tərəfin ağır artilleriya qurğularından intensiv atəşi nəticəsində sentyabrın 28-də saat 11 radələrində Tərtər şəhəri Heydər Əliyev prospektində yerləşən rayon məhkəməsinin inzibati binasının yanına mərmi düşüb. Məlumata görə, qəlpələrindən 1975-ci il təvəllüdlü Mehman Əliyev həlak olub: "Həmin vaxt ərazidən keçən təcili tibbi yardım maşının sürücüsü 1968-ci il təvəllüdlü Əsədov Qənbər Əsgər oğlu və maşında olan hərbi polisin əməkdaşı 1994-cü il təvəllüdlü Hüseynov Fəxrəddin Fərman oğlu, həmçinin ərazidə olan digər Tərtər şəhər sakini 1991-ci il təvəllüdlü İbrahimov Tural Firdovsi oğlu yaralanıb".

Bundan əvvəl Baş Prokurorluq son günlər cəbhə bölgəsində 27 mülkü şəxsin yaralandığını açıqlamışdı. Qurum sentyabrın 28-də də Ağdam rayonunun bir sakininin "Qrad" zərbələrindən həlak olduğunu bildirmişdi.

Baş Prokurorluq dünən, sentyabrın 27-də də qeyd etmişdi ki, top atəşi nəticəsində Naftalanda bir ailənin 5 üzvü həlak olub.

13:01 28.9.2020

"Qrad" zərbələrindən Ağdam sakini həlak olub

Baş Prokurorluğunun Mətbuat xidməti sentyabrın 28-də cəbhədəki vəziyyətlə bağlı növbəti açıqlama yayıb

Məlumatda yazılıb ki, hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 27 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib

Baş Prokurorluq bildirir ki, bu gün, sentyabrın 28-də Azərbaycan əhalisinin sıx yaşadığı ərazilərin növbəti dəfə "Qrad" qurğularından atəşə tutulması nəticəsində Ağdam rayonu, Evoğlu kənd sakini 1979-cu il təvəllüdlü Coşqun Paşayev həlak olub.

Faktla bağlı Ağdam rayon Prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun cinayət işi başlandığı bildirilir.

Bundan əvvəl qurum son günlər cəbhə bölgəsində 26 mülkü şəxsin yaralandığını açıqlamışdı.

Baş Prokurorluq dünən, sentyabrın 27-də də bildirmişdi ki, top atəşi nəticəsində Naftalanda bir ailənin 5 üzvü həlak olub.

Qarabağdan eksklüziv kadrlar: yaralılar, dağıntılar
Gözlə

No media source currently available

0:00 0:01:17 0:00

12:19 28.9.2020

Vilayət Eyvazov komendant təyin edildi

Sentyabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyev hərbi vəziyyət dövründə komendant saatının tətbiq edildiyi ərazilərin komendantının təyin olunması ilə bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Daxili İşlər naziri Vilayət Eyvazov hərbi vəziyyət dövründə komendant saatının tətbiq olunduğu ərazilərin komendantı təyin edilib.

Dünən sentyabrın 28-dən bütün ölkə ərazisində hərbi vəziyyət, Bakı və bir sıra yerlərdə isə komendant saatının tətbiq ediləcəyi bildirilib. Bura Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərləri, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonları daxildir. Komendant saatı 21:00-dan saat 06:00-dək tətbiq edilir.

Komendant saatı haqda nə düşünürsüz? - Bakıda sorğu
Gözlə

No media source currently available

0:00 0:00:51 0:00

12:13 28.9.2020

"ABŞ şiddətin artmasını ən sərt şəkildə qınayır"

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Bakıdakı səfirliyi Azərbaycan və Ermənistan arasında zorakılığın artması barədə bəyanat yayıb.

Sənəddə yazılıb ki, Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xətti boyunca mülki şəxslər də daxil olmaqla, çoxsaylı itkilərlə nəticələnən genişmiqyaslı hərbi əməliyyatlar barədə məlumatlar ABŞ-ı narahat edir: "Ölən və yaralananların ailələrinə başsağlığı veririk. ABŞ şiddətin artmasını ən sərt şəkildə qınayır".

Bəyanata görə, ABŞ Dövlət katibinin birinci müavini Stiven Biqan Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanla əlaqə saxlayıb: "O, hər iki tərəfi dərhal hərbi əməliyyatları dayandırmağa, vəziyyəti daha da gərginləşdirməmək üçün aralarındakı mövcud birbaşa rabitə əlaqələrindən istifadə etməyə və regiondakı gərginliyi daha da artıran ritorika və hərəkətlərdən uzaq olmağa çağırdı".

Davamı

XS
SM
MD
LG